Səhiyyə Nazirliyindən əhaliyə vacib xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkədə heyvanlar arasında virus və infeksiya xəstəlikləri yayılıb. Əsasən dabaq xəstəliyinə yoluxma sayında artım müşahidə edilir.
Səhiyyə Nazirliyindən "Oxu.az"a verilən məlumata görə, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb.
"Dabaq xəstəliyi heyvandan insana keçə bilən xəstəlikdir və insanlara, əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər.
Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur.
Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinməlidirlər", ‒ deyə nazirliyin açıqlamasında bildirilib.
#Azərbaycan Respublikası Səhiyyə Nazirliyi teqi istifadə olunub
- "Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- “Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
