Pleyeri seçin:

Şikayətçi: Bakıda 75 manata aldığım dərman Türkiyədə 15 manatdır

06 sentyabr 2023 395 baxış

Türkiyədən gətirilən dərmanlar Azərbaycanla müqayisədə kifayət qədər ucuz satılır. Məsələn şəkər xəstələri üçün nəzərdə tutulan preparat ölkəmizdə 75 manatdırsa, Türkiyədə bu dərman 15 manata satılır.

Bəs bu qiymət fərqinin səbəbi nədir?

İqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qiymət fərqi belə böyükdürsə, burada inhisarçılıq var: “Qiyməti bazar müəyyən edirsə, istənilən sahibkar gedib onu Türkiyədən və yaxud başqa ölkədən alıb daha ucuz qiymətə sata bilərdi. Vətəndaşlara tövsiyəm odur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qiymətin niyə belə baha olması barədə şikayət etsinlər”.

Onu da bildirək ki, Türkiyənin dərman şirkətlərinin saytlarında da bu qiymət təqribən 200 - 300 tl, yəni 15-20 manat aralığında qeyd edilib. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə isə məhz belə hallarla bağlı qanuna edilən dəyişikliklər bir müddət sonra öz müsbət təsirini göstərəcək. Qeyd edək ki, sözügedən preparat Tarif Şurasının qeydiyyata alınan dərman vasitələri siyahısında da yer alıb, qiyməti isə 75 manat 66 qəpik göstərilib.

"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 395 baxış
Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Cəmiyyət
26 sentyabr 2026 395 baxış
Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Cəmiyyət
26 sentyabr 2026 395 baxış
Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV

Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 395 baxış
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 395 baxış
Blogerlərin reklam etdiyi əmlak ofisi kütləvi dələduzluqda ittiham olunur - Baku TV

Blogerlərin reklam etdiyi əmlak ofisi kütləvi dələduzluqda ittiham olunur - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 395 baxış
Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT

Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT

Cəmiyyət
25 sentyabr 2026 395 baxış
"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 395 baxış
"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

Cəmiyyət
25 sentyabr 2026 395 baxış
“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

Cəmiyyət
25 sentyabr 2026 395 baxış
Seçilmişlər
icon