Sorğu: Ermənistan ordusunun rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan cəmiyyəti erməni silahlı qüvvələri rəhbərlərinin məsuliyyətə cəlb edilməsini istəyir.
Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzi “Erməni silahlı qüvvələrinin rəhbərlərinə amnistiya tətbiq olunmalıdırmı?” mövzusunda sorğu keçirib.
Sorğuda iştirak edənlərin 5,9%-i amnistiyanın tərəfdarı, 90,7%-i həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib. Sorğu iştirakçılarının 3,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Respondentlərin sosial-demoqrafik məlumatlarına görə nəticələri nəzərdən keçirdikdə aydın olur ki, kişilərin 88,1%-i, qadınların 93,3%-i cinayət məsuliyyətinə cəlb olunmasını zəruri hesab edib. Həmçinin bu mövqe respondentlərin aid olduğu yaş qrupundan asılı olmayaraq, onların mütləq əksəriyyəti tərəfindən ifadə olunub.
Qeyd edək ki, sorğu məlumatlarının toplanılması bu ilin 26-30 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
