Pleyeri seçin:

Sovqatdan görün nə tapıldı | Ziyarətçilərin hansı "yaradıcı" fantaziyaları üzə çıxdı?

28 avqust 2025 535 baxış

Baku TV penitensiar müəssisələrdə təhlükəsizlik tədbirləri ilə bağlı reportaj hazırlayıb.

Məhbuslarla görüşə gələn hər bir ziyarətçi əvvəlcə ciddi yoxlamadan keçir. Çünki bəzən cəmi bir neçə dəqiqəlik görüşlər böyük risklər yarada bilir. Telefonlardan narkotik vasitələrədək müxtəlif qadağan olunmuş əşyaların təcridxanaya keçirilməsi cəhdləri bu gün də aktuallığını qoruyur. Ona görə də ilkin yoxlama xəttində nəzarət mexanizmi gücləndirilib. Məqsəd təhlükəni hələ ilk mərhələdə aşkarlamaqdır.

Ən adi əşyaların, hətta qidaların içində belə gizlədilən narkotik vasitələrə rast gəlinir. Son bir ildə yalnız Bakı İstintaq Təcridxanasında onlarla belə fakt qeydə alınıb və qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları sovqatları X-Ray cihazından keçirir, daha sonra isə əllə diqqətlə yoxlayırlar. Təcrübəli əməkdaşların diqqəti və peşəkar instinkti bəzən ən müasir texnologiyanı da qabaqlayır. Çünki qanunsuz əşyaları gizlətməyə çalışanların üsulları da hər dəfə dəyişir, yeni-yeni formalar ortaya çıxır.

Bəzi hallarda bu cəhdlər o qədər fərqli olur ki, xidmət əməkdaşlarının özləri də heyrətlənirlər. Hətta bu hallardan ibarət fotoşəkillər xüsusi guşədə nümayiş etdirilir.

Məhbus üçün telefon və narkotik sadəcə şəxsi istifadə vasitəsi deyil. Onlar bəzən yeni cinayətlərin təşkili, şantaj və təhdid üçün də istifadə olunur. Buna görə də penitensiar sistemdə nəzarət qaydaları olduqca sərt tətbiq edilir. Təcridxanaya daxil olan avtomobillər belə xüsusi qaydada yoxlanılır.

Baku TV-nin hazırladığı reportaj göstərir ki, axtarış xəttindən başlayaraq görüş otağına qədər hər addımda nəzarət mexanizmi işə salınır. Çünki təhlükə bəzən ən yaxınının əlindən gələ bilər. Ona görə də penitensiar müəssisələrdə ayıqlıq həmişə ön plandadır. Qanun isə hər kəs üçün eynidir.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 535 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 535 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 535 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 535 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 535 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 535 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 535 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 535 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 535 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 535 baxış
Seçilmişlər
icon