Pleyeri seçin:

”TikTok” əməliyyatında saxlanılan “şairə” məhkəmədə | Almaz Əsgərova şahid kimi ifadə verib

04 sentyabr 2025 737 baxış

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə baş tutan prosesdə İlhamə Əskərovanın mənzilində yoxlama aparan polis əməkdaşlarından daha bir nəfəri ifadə verdikdən sonra müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət qaldırıb. Müşavirədən sonra vəsatətin əsassız olduğu bildirilərək təmin edilməyib.

Vəkilin növbəti vəsatəti isə İlhamə Əskərovanın anası Almaz Əskərovanın əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı olub. Dövlət ittihamçısı buna etiraz etsə də, təqsirləndirilənin anasının prosesdə ifadə verməsi təmin olunub.

Almaz Əskərova ifadəsi zamanı qızının evində həbs olunmasını belə izah edib:

“Biz səhər evdə idik, birdən qapı döyüldü. Qapını açanda 5-6 nəfər içəri daxil oldu. Məni çölə çıxartdılar, başladılar evi axtarmağa, mən də pəncərədən hər şeyi görürdüm. Baxdım ki, qızımın əlləri qandallıdır”.

Növbəti iclas sentyabrın 17-nə təyin olunub.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 737 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 737 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 737 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 737 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 737 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 737 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 737 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 737 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 737 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 737 baxış
Seçilmişlər
icon