Pleyeri seçin:

Vasif Talıbov İrana torpaq satıb ?

03 mart 2023 436 baxış

Dövlət Sərhəd Xidməti Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran-Azərbaycan dövlət sərhəd xəttinin qanunsuz dəyişdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qeyd olunub ki, iki ölkə arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 1954-cü ildə imzalanan “Sərhəd və maliyyə məsələləri üzrə Saziş”ə, eləcə də 1957-ci ildə sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə əsasən müəyyən edilib.

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, Azərbaycanla İran arasında dövlət sərhəd xətti yuxarıda qeyd edilən sənədlərə tam uyğundur və onun keçmə yerlərində hər hansı bir dəyişiklik baş verməyib.

Açıqlamada o da qeyd olunur ki, iki ölkə arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri 2014-cü ildə Bakıda imzalanan memoranduma, eləcə də təlimata əsasən həyata keçirilir. Həmin memorandum Azərbaycanın qanunu ilə təsdiq edilib. Araz çayının təbii səbəblərdən dəyişən su axınının onun əsl yatağına qaytarılması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfin aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin çoxsaylı görüşləri keçirilib. Bu görüşlərdə əldə edilən razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılıb. Hazırda bu işlər davam etdirilir.

Xatırladaq ki, yayılan məlumatlarda sərhəd xəttinin qanunsuz dəyişdirilməsi nəticəsində 21 hektar torpağın İran ərazilərinə daxil edildiyi iddia olunub. O da iddia edilib ki, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 436 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 436 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 436 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 436 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 436 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 436 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 436 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 436 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 436 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 436 baxış
Seçilmişlər
icon