Pleyeri seçin:

Yeni illə bağlı görülən hazırlıqlarda nəyə diqqət etməli? - FHN xəbərdarlıq edir

20 dekabr 2024 477 baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni ildə yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bayramda insanların bəzədilmiş küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması sonda əziz bayramın faciəyə çevrilməsinə şərait yaradır.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən Yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə bir daha müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;

- məkanın iki çıxışı olmalı;

- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi olmalı;

- ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;

- təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıq tam söndürülməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Həmçinin bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 477 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 477 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 477 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 477 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 477 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 477 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 477 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 477 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 477 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 477 baxış
Seçilmişlər
icon