Zəhərlənmələr qidaya görə deyildi | Gəncə və Göygöldə nə baş verib?
Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin ilkin nəticələri məlum olub.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, bir neçə gün əvvəl Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində ("Araz", "Xanlar Yurdu", "Ağ Ayı") baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.
"Hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub. Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", – deyə qurumdan verilən məlumatda bildirilib.
#Qida Təhlükəsizliyi Agentliyi teqi istifadə olunub
- Məşhur mağazadan gülünc cavab | Bu fincanlar insan sağlığına ziyandır? - Baku TV
- "Yarısını özü yeyib, yarısını da..." | Gəncədəki hadisə barədə təcili açıqlama - Baku TV
- İstehsalçılar alıcıları aldadır? | Kərə yağları nə qədər təmizdir? - Baku TV
- AQTA-dan monitorinq: Ərzaq bazarlarında hansı nöqsanlar aşkarlandı? - Baku TV CANLI
- Ölümcül xəstəliyə səbəb olan uşaq qidası ilə bağlı xəbərdarlıq - ANA XƏBƏR
