Pleyeri seçin:
Zəlzələdən sonra üzə çıxan divarların sirri
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səngəçalda Otman-Bozdağ vulkanı çevrəsində qəribə mənzərə müşahidə edilib.
Sosial şəbəkələrdə yayılan və iddia edilən görüntülərə görə, Otman-Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb.
Məsələ ilə bağlı aidiyyəti qurumun əməkdaşları adıçəkilən ünvana baş çəkiblər. Ancaq məsələnin tamamilə fərqli olduğu üzə çıxıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, aşınma nəticəsində üzə çıxan daşlar tikinti effekti yaradıb.
Qeyd edilib ki, ərazidə tarixi, arxeoloji əlamət daşıyan hər hansı mədəniyyət nümunəsi aşkar edilməyib. Qala divarlarının olduğu iddia edilən yerin təbii aşınma nəticəsində yaranmış daş qatları olduğu müəyyən edilib.
Kopyalandı
#Səngəçal teqi istifadə olunub
- Səngəçalda neçə kompressor istismardan çıxarılacaq? - Baku TV
- Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak etdi - Baku TV
- Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi
- SOCAR gənc media nümayəndələrini məlumatlandırdı - Baku TV
- Bu qəsəbələrdə həyat kabusa dönüb | "Siqaret almağa gedəndə qorxuram ki..."
