Pleyeri seçin:

Almaniyada dünya üçün təhlükəli qalibiyyət | Nə baş verir?

23 sentyabr 2024 245 baxış

Son zamanlar beynəlxalq siyasətdə Üçüncü Dünya müharibəsi bu gün başlayar, sabah başlayar deyə bir təşviş hökm sürür.

Episentr olaraq da gah Ukrayna, gah da Yaxın Şərq göstərilir. Lakin dünyanın başının bu ölkələrdəki gərginliyə qarışdığı bir vaxtda Almaniyada qəribə hadisələr baş verir.

Bildiyiniz kimi, uzun müddətdir Almaniyada əyalət seçkiləri keçirilir. Seçkilərin nəticəsi isə cəmiyyətdə partiyaların hansı səviyyədə dəstəkləndiklərini ortaya qoyur.

Qeyd edək ki, sözügedən seçkilər mahiyyət etibarilə gələn il ölkədə keçiriləcək federal seçkilərə hazırlıq xarakteri daşıyır. Bu səbəbdən də federal seçkilərə gedən yolda ən çətin mərhələ əyalət seçkiləri hesab olunur. Ona görə də partiyalar bütün gücünü bu seçkilərə sərf edir. Nəticə isə həm təəccübləndirib, həm də narahatlıq yaradıb.

Belə ki, ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası Türingiya və Saksoniya əyalətlərində səslərin yarıdan çoxunu toplayaraq liderliyə yüksəlib. Bu isə İkinci Dünya müharibəsindən sonra ifrat sağçı partiyanın ilk dəfə olaraq zirvəyə qalxmasıdır.

İfrat sağçıların nüfuzunun artması yalnız Almaniyada yox, bütün Avropada hiss olunur. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var.

Uzun müddətdir üçüncü dünya ölkələri hesab olunan ərazilərdən qaçqın axını, yanacaq və enerjinin qiymətində artım, dövlətlərin sosial istiqamətdə olan layihələrini azaltması və bir çox səbəblərlə siyahını genişlətmək mümkündür.

Bu cür sağ yönümlü partiyalara rəğbətin artması dünyanı radikallaşmaya doğru aparır. Məsələn, Almaniyadakı ifrat sağ partiyanın Ukrayna müharibəsinə yanaşması heç də hazırkı hakimiyyətin mövqeyi ilə üst-üstə düşmür. Eyni zamanda miqrantlara münasibətləri də çox kəskindir və onların ölkədən çıxarılmasını dəstəkləyirlər.

Seçkilərdə ifrat sağ partiyanın qələbəsi Almaniyada birmənalı qarşılanmayıb.

Almaniya Kansleri Olaf Şolts ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının böyük qələbəsi və onun koalisiyasının məğlubiyyəti ilə müşayiət olunan iki regional seçkinin nəticələrini “xoşagəlməz” adlandırıb.

Təəssüf ki, bu cür xoşagəlməz hal yalnız Almaniyada müşahidə olunmur. Planetin bugünkü siyasi mənzərəsi dünyanın bir xaos dalğasının cəngində olduğunu göstərir.

Vaşinqton görüşlərinin pərdəarxası | Donald Tramp İrana qarşı beş əsas tələb irəli sürdü - Baku TV

Vaşinqton görüşlərinin pərdəarxası | Donald Tramp İrana qarşı beş əsas tələb irəli sürdü - Baku TV

Dünya
02 fevral 2026 245 baxış
Qırğızıstanda cinsiyyət dəyişikliyi qadağan edilir

Qırğızıstanda cinsiyyət dəyişikliyi qadağan edilir

Dünya
02 fevral 2026 245 baxış
Türkiyənin siyasi liderlərinin reytinqi açıqlandı

Türkiyənin siyasi liderlərinin reytinqi açıqlandı

Dünya
02 fevral 2026 245 baxış
Rəsmi Tehran sanksiyaların ləğvini tələb edir

Rəsmi Tehran sanksiyaların ləğvini tələb edir

Dünya
02 fevral 2026 245 baxış
Neyrotexnologiya ilə bağlı yazışma yayıldı

Neyrotexnologiya ilə bağlı yazışma yayıldı

Dünya
02 fevral 2026 245 baxış
Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsi nə vaxt keçiriləcək? - Baku TV CANLI

Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsi nə vaxt keçiriləcək? - Baku TV CANLI

Dünya
02 fevral 2026 245 baxış
Tehrandakı səfirlər niyə XİN-ə çağırıldı? - Baku TV CANLI

Tehrandakı səfirlər niyə XİN-ə çağırıldı? - Baku TV CANLI

Dünya
02 fevral 2026 245 baxış
ABŞ-də ölənlərin sayı 100 nəfəri ötdü

ABŞ-də ölənlərin sayı 100 nəfəri ötdü

Dünya
02 fevral 2026 245 baxış
Babacanyan Ceyms Devid Vensin Ermənistana gözlənilən səfərindən danışdı

Babacanyan Ceyms Devid Vensin Ermənistana gözlənilən səfərindən danışdı

Dünya
02 fevral 2026 245 baxış
Botsvana və Almaniya arasında fil qalmaqalı

Botsvana və Almaniya arasında fil qalmaqalı

Dünya
02 fevral 2026 245 baxış
Seçilmişlər
icon