Ankaradan İranın nüvə obyektlərinə hücumla bağlı mühüm açıqlama
İranın nüvə obyektlərinə hücum həyata keçirən ABŞ-yə aid qırıcıların Türkiyənin hava məkanından istifadə etməsinə dair müxtəlif dairələrdə səsləndirilən iddialar dezinformasiyanın məhsuludur.
Bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, İsrailin İrana hücumlarında Türkiyənin hava məkanından istifadə olunmadığı kimi, ABŞ-nin İranda yerləşən nüvə obyektlərinə hücumlarda da bu, qeydə alınmayıb.
“ABŞ-dən havaya qalxaraq və Cəbəllütariq boğazı istiqamətindən daxil olaraq Aralıq dənizinin cənub hissəsindən İsrailə çatan təyyarələr İraqın üzərindən İrana zərbələr endirib. Həmin bombardmançı təyyarələr hücumdan sonra eyni istiqamətdə də yanacaq doldurulması prosesindən sonra ABŞ ərazisinə geri qayıdıb”, ‒ deyə məlumatda bildirilib.
Həmçinin Türkiyənin Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsinin tərəfdarı olmaqda davam etdiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə bu məqsədlə diplomatiyanın təmin olunması üçün göstərilən təşəbbüslərə üstünlük verdiyi, bunun əksinə istiqamətlənən hər cür iddianın dezinformasiya olduğu açıqlanıb. Eyni zamanda Türkiyə Milli Müdafiə Nazirliyi İranın ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücumu fonunda regiondakı qoşunlarında mənfi hal yaşanmadığını açıqlayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
“İran tərəfindən Qətər və İraqda yerləşən ABŞ bazalarına qarşı 23 iyunda həyata keçirilən raket hücumları ilə əlaqədar olaraq bölgədə yerləşən qoşunlarımızda mənfi hal baş verməyib”, ‒ deyə telekanal Nazirliyin bəyanatını təqdim edib.
#ABŞ teqi istifadə olunub
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
- Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
- Beynəlxalq Cinayət Məhkəməsinin 2 hakiminə qarşı sanksiya tətbiq edilib
- Tayvana indiyədək ən böyük silah paketi təsdiqlənib
- ABŞ Pakistan Ordusunu niyə Qəzzada görmək istəyir? - Baku TV
