Pleyeri seçin:

Avropada mərmi çatışmazlığı | Ermənistanın aldığı silahlar yararsızdır?

20 iyun 2024 248 baxış

“Fransa kifayət qədər yüksək səviyyəli hərbi sənayeyə malikdir və özünü demək olar ki, bütün silah çeşidləri ilə təmin edə bilən ölkələr siyahısındadır. Biz SEZAR artilleriya sistemini, dünyada böyük tələbat olan 155 mm-lik topları alırıq”.

Bu barədə erməni hərbi ekspert Narek Nersisyan Fransanın Ermənistana verdiyi SEZAR artilleriya sistemləri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişəsi səbəbindən bu toplar üçün müvafiq sayda mərmilərin idxalı bir qədər çətindir:

“Ukrayna Qərb, NATO standartlarına əməl edir, ona görə də cəbhədə 155 mm-lik toplardan istifadə edir. Avropa Birliyi əvvəllər bu ilin sonuna qədər Ukraynaya bir milyon mərmi tədarük edəcəyinə söz vermişdisə, bu gün cəmi 250 minə yaxın ayıra bilib. İstehsalını genişləndirmək istəyən ABŞ türk şirkətlərindən biri ilə müqavilə imzalayıb və ABŞ-də ortaq istehsal zavodu açıb.

Yuxarıda qeyd olunan mərmilərin sayı bugünkü münaqişələr şəraitində çox məhduddur. Müqayisə üçün qeyd edək ki, Rusiya illik 152 mm-lik mərmi istehsalını dörd milyona çatdırıb. Biz həm də mərmilərin və 155 mm-lik topların ehtiyat hissələrinin xaricdən idxalı ilə kifayətlənmək əvəzinə, Ermənistanda istehsalını qurmağa çalışmalıyıq. Qısa müddət ərzində o istehsalı qurmağımız tamamilə mümkündür”.

“Hraparak” isə qeyd edib ki, standartlara görə bir haubitsa üçün minimum 2-3 min, ortalama isə 6 min mərmi tədarükü lazımdır. İrəvan isə 36 ədəd SEZAR almağı planlaşdırır və ona 200 mindən çox mərmi lazımdır.

ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

Dünya
16 dekabr 2025 248 baxış
Budapeşt Avropa İttifaqına meydan oxuyur

Budapeşt Avropa İttifaqına meydan oxuyur

Dünya
16 dekabr 2025 248 baxış
Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Dünya
16 dekabr 2025 248 baxış
Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Dünya
16 dekabr 2025 248 baxış
Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Dünya
16 dekabr 2025 248 baxış
Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Dünya
16 dekabr 2025 248 baxış
Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Dünya
16 dekabr 2025 248 baxış
Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir

Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir

Dünya
16 dekabr 2025 248 baxış
Süleymaninin ölümündən sonra hər şey dəyişdi | Əsədin gizli planı üzə çıxdı? - Baku TV

Süleymaninin ölümündən sonra hər şey dəyişdi | Əsədin gizli planı üzə çıxdı? - Baku TV

Dünya
16 dekabr 2025 248 baxış
Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

Dünya
16 dekabr 2025 248 baxış
Seçilmişlər
icon