Daha bir Avropa ölkəsi Rusiya ilə müharibəyə başlayır?
Fransa Prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsinə dair səsləndirdiyi fikirlər, sözün əsl mənasında, dünyanı bir-birinə vurub.
E.Makronun ünvanına səsləndirilən sərt bəyanatlar, tənqid və təhqirlər də günlərdir ki, bitmək bilmir. Böyük Britaniya, Finlandiya, İsveçrə, Polşa, İtaliya, Çex Respublikası NATO-nun Rusiya-Ukrayna müharibəsində iştirakçı tərəf olmasını istəmədiklərini bildirərək E.Makronun bu tərz açıqlamasını cəfəngiyyat adlandırıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius da Fransa Prezidentinə cavab verərək bildirib ki, Ukrayna ərazisinə böyük miqyaslı qoşunun yerləşdirilməsi planlaşdırılmır və rəsmi Berlin Rusiya ilə müharibə aparmaq, münasibətləri gərginləşdirmək istəmir.
“Amma ehtiyat igidin yaraşığıdır” deyən Kremlin sözçüsü Dmitri Peskov, görünür, bu bəyanatlara güvənməyərək NATO-ya barmaq silkələyib.
O, bildirib ki, əgər alyans ölkələri Ukraynaya silah-sursat göndərərsə, tərəflər Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalından deyil, qaçılmazlığından danışmalı olacaq:
“Rusiya Silahlı Qüvvələrinin isə təşkilata deyiləcək, daha dəqiq desəm, göstəriləcək arsenalı da az deyil”
Elə Qərb mediası da “Vladimir Putin NATO-ya qarşı genişmiqyaslı qeyri-nüvə müharibəsinə hazırlaşır” tipli başlıqlarla xəbərlər paylaşır. Bu fikirə gəlməkdə əsas kimi isə Kreml rəhbərinin Ukrayna ilə sərhədyanı ərazilərdə müharibə aparmağa və NATO-ya müqavimət göstərməyə imkan verən iki hərbi rayonu bərpa etməsi göstərilir.
Ukraynanın 5 regionunun ələ keçirilməsi də məhz bu planın tərkib hissəsi idi. Bundan başqa, sözügedən ərazilərə həmdə iri nüvə başlıqlı raketlərdə yerləşdirilib ki, bunu Avropa Rusiya tərəfinin onları nüvə ilə təhdidi kimi qiymətləndirib.
#Emmanuel Makron teqi istifadə olunub
