Fransa və İran Paşinyanın devrilməsinin qarşısını alır
“İndi İrəvan təcili olaraq Fransadan zəmanət almağa çalışır. Paşinyan Fransa Prezidentinin gəlməsini xahiş edir, lakin Makronun regionda hərəkət etmək üçün kifayət qədər manevri yoxdur. Paşinyan da İranda dəstək tapmağa çalışır. Tehran yaranmış vəziyyətdən Türkiyənin regionda təsirini azaltmaq üçün istifadə etməyə hazırdır ki, bu da Türkiyə-İran-Rusiya koalisiyasının dağılmasına gətirib çıxara bilər”.
Bu barədə Rusiyanın ən böyük və nüfuzlu “Telegram” kanallarından biri yazıb.
Qeyd edilir ki, İrəvandakı mənbələr Rusiya xüsusi xidmət orqanlarının köməyi ilə çevriliş ehtimalının hələ də yüksək olduğunu bildirir:
“Fransa əks-kəşfiyyatının işçi qrupu guya irəvana gəlib və bu qrup Ermənistanın xüsusi xidmət orqanlarına kömək etməlidir. İran İslam İnqilabı keşikçiləri korpusunun mütəxəssisləri də Ermənistandadır”.
Bildirilir ki, önümüzdəki həftələr həlledici ola bilər: “Ya Paşinyan devriləcək, ya da Cənubi Qafqazda böyük müharibə başlayacaq”.
#Fransa teqi istifadə olunub
- Makrondan Putinlə bağlı sensasiyalı açıqlama
- “Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib
- Xəstəliklə bağlı iribuynuzlu heyvanların kütləvi kəsiminə qərar verilib
- ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV
- Rusiyadan Ukraynaya növbəti hücum | Sənaye mərkəzi vuruldu - Baku TV
