Pleyeri seçin:
İran nüvə silahından imtina etsə, nə baş verəcək? | Ağ Evin lideri şərtini açıqladı
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahından imtina edəcəyi təqdirdə Tehranla razılaşmaya hazır olduğunu bildirib.
Bu barədə D.Tramp ABŞ-Körfəz Əməkdaşlıq Şurasının sammitində deyib.
Ağ Ev lideri bildirib ki, İran regionda proksi müharibələrinə dəstəyi dayandırmalıdır:
“Mən İranla müqavilə bağlamaq, mümkün nəsə etmək istəyirəm. Amma onlar terrorizmi himayə etməyi dayandırmalı, proksi müharibələri yekunlaşdırmalı və nüvə silahı ilə bağlı işlərə son qoymalıdırlar. Düşünmürəm ki, bu masada və ya bu otaqda bu sözləri İran liderinə kimsə deyib”.
D.Tramp əlavə edib ki, Co Bayden prezident olduğu zaman nə ABŞ-nin, nə də digər ölkələrin problemlərinin həlli üçün nəsə edib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Stiv Uitkoff ilə Rusiya Prezidenti arasında görüş necə keçib? - Baku TV CANLI
- Supergüclərin sensasiyalı “sülh oyunu” | Rusiya-ABŞ danışıqlarından sonra nə baş verəcək? - Baku TV
- Putinin köməkçisindən açıqlama
- Rusiya və ABŞ niyə razılığa gələ bilmədi?
- “Müharibəni bitirmək istəməsələr...” | Marko Rubio müsahibə verdi
