İsrail ordusu Qəzza və Livana zərbələr endirdi
İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Komanda-nəzarət mərkəzi yaraqlılar tərəfindən İsrailin mülki və hərbi şəxslərinə qarşı terror aktları törətmək məqsədilə silah saxlamaq üçün istifadə olunurdu”, ‒ deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, zərbə endirilməzdən əvvəl dinc əhalinin zərər görməməsi üçün bir sıra tədbirlər həyata keçirilib.
Bu arada, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna da aviazərbələr endirib. Nəticədə içərisində “Hizbullah”ın səhra komandiri Adnan Hərbin olduğu avtomobil vurulub. Onun öldürüldüyü bildirilib.
Məlumata görə, hücum avtomobil yolun Kfar Rumman və Nəbatiyyə yaşayış məntəqələri arasında yerləşən hissəsində olarkən həyata keçirilib. Qeyd edək ki, bu, ilin əvvəlindən bəri “Hizbullah”ın öldürülən sayca beşinci hərbi lideridir.
