Pleyeri seçin:

İsrailin bu zərbəsi qlobal fəlakətə səbəb olacaq? - Gündəmi silkələyən xəbər

17 iyun 2025 307 baxış

“İranda yerləşən nüvə zavodlarına və ya nüvə materiallarının saxlanma yerlərinə edilən zərbələrdən əsas təhlükə ərazinin radioaktiv çirklənməsidir”.

Bu barədə ukraynalı radiobioloq Yelena Parenyuk bildirib.

Onun sözlərinə görə, əgər zərbə zamanı aktiv nüvə reaksiyası baş vermirsə, ciddi radioaktiv maddə sızması olmayacaq və söhbət yalnız lokal çirklənmədən gedə bilər.

“Mən sevinclə yazılan şərhlər gördüm ki, guya radioaktiv bulud Həştərxan istiqamətinə gedəcək. Amma həmin buludun ora çatması inandırıcı deyil, baxmayaraq ki, müəyyən çirklənmə mümkündür. Nəticələr partlayışın gücündən və radioaktiv hissəciklərin havaya nə qədər yüksək qalxmasından asılıdır. Bu hissəciklər küləklə yayıla, sonra yerə çökə bilər. Partlayışlar kifayət qədər güclü idi, buna görə müəyyən səviyyədə çirklənmə qeydə alına bilər.

Hazırda radiasiya səviyyələri insanların sağlamlığı üçün təhlükə yaratmır, xüsusilə də partlayışın episentrindən uzaqda olanlar üçün. Radiasiya səviyyəsi davamlı olaraq monitorinq stansiyaları vasitəsilə qeydə alınır, belə stansiyalar Ukrayna ərazisində də fəaliyyət göstərir”, ‒ deyə alim bildirib.

Alimin sözlərinə görə, bu stansiyalar çox dəqiqdir və havadakı ayrı-ayrı radionuklidləri belə aşkar edə bilir.

O qeyd edib ki, bombardmanlardan sonra yayılan radiasion elementlər bu stansiyalar tərəfindən aşkar ediləcək, lakin radiasiya dozasının aşağı olacağını proqnozlaşdırır.

Alim vurğulayıb ki, İrandakı nüvə obyektlərinə edilən zərbələr Çernobıl kimi qlobal fəlakətə səbəb ola bilməz.

Qeyd edək ki, İsrail İrana hücumları zamanı əsasən hərbi və nüvə obyektlərinin infrastrukturuna zərbələr endirir.

Yenilənmiş sülh planı özündə nəyi ehtiva edir?

Yenilənmiş sülh planı özündə nəyi ehtiva edir?

Dünya
18 dekabr 2025 307 baxış
Liderlər vahid razılığa gələ bilmir

Liderlər vahid razılığa gələ bilmir

Dünya
18 dekabr 2025 307 baxış
“Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski

“Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski

Dünya
18 dekabr 2025 307 baxış
Polşanın Baş nazirindən Avropa liderlərinə xatırlatma | "Dərhal addım atmalıyıq" - Baku TV CANLI

Polşanın Baş nazirindən Avropa liderlərinə xatırlatma | "Dərhal addım atmalıyıq" - Baku TV CANLI

Dünya
18 dekabr 2025 307 baxış
“3 min il sonra ilk dəfə...” | Trampın xalqa müraciətində vacib mesajlar - Baku TV

“3 min il sonra ilk dəfə...” | Trampın xalqa müraciətində vacib mesajlar - Baku TV

Dünya
18 dekabr 2025 307 baxış
Hakan Fidan SDQ-nin Suriya Ordusuna inteqrasiyasından danışdı

Hakan Fidan SDQ-nin Suriya Ordusuna inteqrasiyasından danışdı

Dünya
18 dekabr 2025 307 baxış
Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb

Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb

Dünya
18 dekabr 2025 307 baxış
Siz başlatdınız, biz isə sona qədər gedəcəyik! - Putindən Qərbə təhdid dolu mesaj - Baku TV

Siz başlatdınız, biz isə sona qədər gedəcəyik! - Putindən Qərbə təhdid dolu mesaj - Baku TV

Dünya
18 dekabr 2025 307 baxış
Putinin açıqlamaları sülhlə bağlı suallar yaratdı | Kremlin məqsədi nədir?

Putinin açıqlamaları sülhlə bağlı suallar yaratdı | Kremlin məqsədi nədir?

Dünya
18 dekabr 2025 307 baxış
“Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib

“Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib

Dünya
18 dekabr 2025 307 baxış
Seçilmişlər
icon