Pleyeri seçin:
İsraillə bağlı bu iddiaları rədd etmişik | Ağ Evdən Təl-Əvivə növbəti dəstək
Amerika Birləşmiş Ştatları növbəti dəfə İsrailə dəstək nümayiş etdirib.
Bu dəfə Ağ Ev bəyan edib ki, İsrailin Qəzzadakı hərəkətlərini soyqırımı hesab etmir. Digər dünya ölkələrini də rəsmi Təl-Əvivin ünvanına ittiham dolu bəyanatlardan çəkinməyə çağırıb. Bu barədə yerli media məlumat yayıb.
Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan qeyd edib ki, Birləşmiş Ştatlar Qəzza zolağında humanitar yardımın artırılması üzrə beynəlxalq səylərdə aparıcı rol oynayacaq:
“Biz düşünürük ki, İsrail günahsız dinc sakinlərin təhlükəsizliyini və rifahını təmin etmək üçün daha çox şey edə bilər və etməlidir. Qəzzada baş verənləri soyqırımı hesab etmirik. Biz bu cür iddiaları açıq və qətiyyətlə rədd etmişik”.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- ABŞ-də benzin və dizel qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə yaxınlaşıb
- İsrail və ABŞ üçün yeni sürprizlər yoldadır | İran rəsmisi - Baku TV
- İranın enerji infrastrukturu hədəf alınarsa... | SEPAH-ın sözçüsündən ABŞ-yə xəbərdarlıq - Baku TV
- Müctəba Xameneiyə nə olub?
- Nyu-Yorkda faciəyə səbəb olan təyyarə qəzası
