Pleyeri seçin:

Makronun Putindən küsmə səbəbi bilindi | Səbəb nədir?

13 mart 2024 309 baxış

Fransanı Afrikadan Rusiya sıxışdırıb çıxarmayıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" və “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, problem başqadır. V.Putin Fransa Prezidenti Emmanuel Makronun Rusiyadan incik olduğunu söyləyib:

"Düşünürəm ki, hansısa inciklik var, amma biz onunla birbaşa əlaqə saxlayanda bu mövzuda kifayət qədər açıq danışmışdıq. Biz Afrikaya gedib Fransanı oradan sıxışdırıb çıxarmamışıq. Problem başqadır. Tanınmış “Vaqner” qrupu əvvəlcə Suriyada bir sıra iqtisadi layihələr həyata keçirib, daha sonra Afrika ölkələrinə keçib.

Müdafiə Nazirliyi onlara Rusiya qrupu olduğuna görə dəstək verir. Biz heç kimi sıxışdırmadıq. Sadəcə olaraq bəzi Afrika ölkələrinin liderləri Rusiyanın iqtisadi operatorları ilə razılaşdılar, onlarla işləmək istədilər, lakin fransızlarla heç bir şəkildə işləmək istəmədilər. Bu, hətta bizim təşəbbüsümüz deyildi, afrikalı dostlarımızın təşəbbüsü idi”.

“Müstəqil dövlət başqa ölkələrdən, o cümlədən Rusiyadan olan tərəfdaşları ilə münasibətləri inkişaf etdirmək istəyirsə, bu məsələdə bizdən niyə inciməlidir, başa düşülən deyil. Biz bu ölkələrdə onlara, keçmiş fransız müstəmləkəçilərinə toxunmamışıq.

Mən hətta bunu istehzasız deyirəm, çünki Fransanın tarixən müstəmləkəçi olduğu bir çox ölkələrdə onlarla həqiqətən çalışmaq istəmirlər. Bizim bununla heç bir əlaqəmiz yoxdur. Biz orada heç kimi qızışdırmırıq, heç kimi Fransaya qarşı qoymuruq.

Öz problemlərinizi görmədən kimdənsə incimək yəqin ki, daha rahatdır. Ola bilsin ki, Fransa Prezidentinin belə kəskin, kifayət qədər emosional reaksiyası bəzi Afrika dövlətlərində baş verənlərlə də bağlıdır", – Rusiya Prezidenti vurğulayıb.

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 309 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 309 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 309 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 309 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 309 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 309 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 309 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 309 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 309 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 309 baxış
Seçilmişlər
icon