NATO Baş katibindən Ukrayna ilə bağlı önəmli açıqlamalar
NATO-nun Baş katibi Mark Rutte İstanbulda sülh danışıqlarının perspektivini şərh edərkən yaxın günlərdə Ukraynada vəziyyətin yaxşılaşmasının mümkünlüyünü vurğulayıb.
O bu barədə “Anadolu” agentliyinə açıqlamasında bildirib.
“Düşünürəm ki, bu həftə, eləcə də növbəti 10-15 gün ərzində Ukraynadakı mövcud vəziyyəti həqiqətən də yaxşılaşdırmaq üçün bir şans var. Təbii ki, buna Prezident Zelenskinin rəhbərliyi və Amerika hökumətinin təsiri ilə nail olmaq mümkündür. Onu da qeyd edim ki, Türkiyə bu məsələdə böyük rol oynayır”, ‒ Mark Rutte qeyd edib.
O eyni zamanda Türkiyənin İstanbulda Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan sülh danışıqlarındakı rolunu yüksək qiymətləndirib.
M.Rutte Türkiyənin müdafiə sənayesinin NATO üçün əhəmiyyətini də vurğulayıb.
