Pleyeri seçin:

Pakistan vasitəçi olaraq qalacaq?

23 may 2026 48 baxış

İran və ABŞ arasında aparılan danışıqların rəsmi vasitəçisi hələ də Pakistandır.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində bildirib.

Mətbuat katibi qeyd edib ki, son günlər intensivləşən diplomatik təmasların əsas məqsədi müharibənin dayandırılmasıdır.

“Hazırkı mərhələdə nüvə məsələlərinin müzakirəsi nəzərdə tutulmur. Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılması xüsusi həssaslıq tələb edir. İranın tətbiq etdiyi dəniz blokadası da əsas müzakirə mövzularından biridir. Tehran hazırda diqqətini müharibənin dayandırılmasına yönəldib. ABŞ-nin tələbləri isə maksimalist xarakter daşıyır, lakin İranın nüvə məsələsi ilə bağlı mövqeyi dəyişməz qalır. İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququna malikdir”, deyə XİN-in sözçüsü bildirib.

Bəqainin sözlərinə görə, hazırda bir çox ölkə müharibənin dayandırılmasına yardım göstərməyə çalışır, lakin rəsmi vasitəçi statusu hələ də Pakistana məxsusdur.

O, sonda qeyd edib ki, İranla ABŞ arasında fikir ayrılıqları dərin olaraq qalır və bir neçə görüşlə yekun razılaşmanın əldə olunacağını söyləmək mümkün deyil.

Tramp bütün planlarını təcili dəyişdi: Həlledici İran əməliyyatı başlayır? - AKTUAL GÜNDƏM

Tramp bütün planlarını təcili dəyişdi: Həlledici İran əməliyyatı başlayır? - AKTUAL GÜNDƏM

Dünya
23 may 2026 48 baxış
Medvedev Paşinyanı tənqid etdi | Ermənistan Baş naziri postunu itirə bilər - Baku TV

Medvedev Paşinyanı tənqid etdi | Ermənistan Baş naziri postunu itirə bilər - Baku TV

Dünya
23 may 2026 48 baxış
Rusiya Ermənistana hücuma keçdi: İrəvan qarşıdurmaya gedəcək? - AKTUAL GÜNDƏM

Rusiya Ermənistana hücuma keçdi: İrəvan qarşıdurmaya gedəcək? - AKTUAL GÜNDƏM

Dünya
23 may 2026 48 baxış
"Avropa qazına keçsəniz, xalq sizi qovacaq" | Medvedevdən Paşinyana mesaj - Baku TV CANLI

"Avropa qazına keçsəniz, xalq sizi qovacaq" | Medvedevdən Paşinyana mesaj - Baku TV CANLI

Dünya
23 may 2026 48 baxış
"Green card"a müraciət edənlər üçün vacib xəbər - Baku TV CANLI

"Green card"a müraciət edənlər üçün vacib xəbər - Baku TV CANLI

Dünya
23 may 2026 48 baxış
Londonda NATO qoşunları təlim keçirib | Avropa müharibəyə hazırlaşır? - Baku TV CANLI

Londonda NATO qoşunları təlim keçirib | Avropa müharibəyə hazırlaşır? - Baku TV CANLI

Dünya
23 may 2026 48 baxış
“Yaşıl kürələr”, “Uçan disklər” və “Alov topları” nədən xəbər verir?

“Yaşıl kürələr”, “Uçan disklər” və “Alov topları” nədən xəbər verir?

Dünya
23 may 2026 48 baxış
Son 13 ilin miqrasiya ilə bağlı ən aşağı göstəricisi

Son 13 ilin miqrasiya ilə bağlı ən aşağı göstəricisi

Dünya
23 may 2026 48 baxış
Trampın Polşa ilə bağlı qərarı qeyri-müəyyənlik yaradıb?

Trampın Polşa ilə bağlı qərarı qeyri-müəyyənlik yaradıb?

Dünya
23 may 2026 48 baxış
Çində 79 kiloluq qarpız sərgiyə çıxarılıb

Çində 79 kiloluq qarpız sərgiyə çıxarılıb

Dünya
23 may 2026 48 baxış
Seçilmişlər
icon