Dünya
Pleyeri seçin:

Rusiya bu tarixdə qarışacaq | Paşinyanın planı detallı şəkildə ifşa edildi

14 mart 2024

“Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Ermənistanın Qərbə doğru geosiyasi dönüşü ehtimalıdır. Bunun da ilk “çiçəyi” Rusiya sərhədçilərinin 2024-cü il sentyabrın 1-dən “Zvartnots” aeroportundan çıxarılması ilə bağlı rəsmi İrəvanın Moskvaya ünvanladığı məktub olub. İkincisi isə Paşinyanın son mətbuat konfransında KTMT-dən çıxmaq və ya qalmaqla bağlı şərtləridir”.

Bu barədə “Past” qəzeti məlumat yayıb.

“Ötən ilin ortalarından KTMT-dən çıxıb-çıxmamaqla bağlı hakimiyyət daxilində kifayət qədər qızğın müzakirələr gedib. Güc dairələrində çoxları bundan narahatdır və belə bir qərarın nəticələrini gözlənilməz hesab edir. Məlumatlı mənbəmizin dediyinə görə, Rusiyada prezident seçkisi günü KTMT-dən çıxma elanının veriləcəyi variantı kifayət qədər ciddi müzakirə olunub. Müvafiq olaraq, “səbəb” sərhəddə “gözlənilməz” gərginlik ola bilər, bunun fonunda Paşinyan KTMT-dən çıxdığını canlı elan edəcək. Bu variant ciddi müzakirə olunub, hakimiyyətin Qərb qanadı Avropa mediasının müvafiq informasiya dəstəyi ilə bunun yenidən prezident seçilən Putinə yaxşı “hədiyyə” olacağına inanır”, – məlumatda deyilir.

Qeyd edək ki, Paşinyanın Rusiyaya qarşı daxili narazılığı körükləmək və bəhanə əldə etmək üçün sərhəddə insident yarada biləcəyi ehtimalı haqda uzun müddətdir müzakirələr gedirdi. Erməni mediasının bu xəbəri də belə bir variantın Ermənistanda müzakirə edildiyini təsdiqləyir.

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

Dünya
19 may 2024
İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

Dünya
19 may 2024
Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Dünya
19 may 2024
Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Dünya
19 may 2024
Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Dünya
19 may 2024
Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Dünya
18 may 2024
Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Dünya
18 may 2024
Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Dünya
18 may 2024
Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Dünya
18 may 2024
Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Dünya
18 may 2024
Seçilmişlər
icon