Pleyeri seçin:

Rusiya robot itlərlə bağlı hərəkətə keçdi | Yeni işçinin vəzifələri

11 aprel 2025 300 baxış

Sankt-Peterburqda yerləşən "Titikaka Rekordlar və Faktlar Muzeyi" robot itlərə qulluq edəcək əməkdaş axtarır.

Vakansiya qeyri-adi və yüksək texnologiyalı iş təklif edir.

Yeni işçinin vəzifələrinə robot itlə muzey ərazisində, o cümlədən ziyarətçilərin olduğu zallarda gəzinti, interaktiv proqramların nümayişində iştirak, cihazın sazlanması və enerji səviyyəsinə nəzarət daxildir.

Həmçinin robotun ətraf mühitlə effektiv qarşılıqlı əlaqəsini təmin etmək üçün komanda ilə birgə işləmək tələb olunur.

Muzeydən bildirilir ki, robotla iş təcrübəsi üstünlük sayılsa da, bu, mütləq deyil. Əsas şərt yeni texnologiyalara maraq göstərmək və ziyarətçilərə robotların iş prinsiplərini izah etməyə hazır olmaqdır.

İş qrafiki çevikdir və qismən məşğulluq təklif olunur ki, bu da tələbələr və əlavə gəlir axtaranlar üçün əlverişlidir. Aylıq əməkhaqqı 100 min rubl, təxminən 2000 manatdır. Təbii ki, bu rəqəm təcrübəyə görə dəyişir. İş isə istəyə görə rəsmiləşdirilə də bilər.

Qeyd edək ki, Rusiyada robot itlərə maraq artır. Məsələn, Moskvada bu tip cihazlar artıq restoranlarda və anbarlarda çatdırılma xidmətlərində istifadə olunur. Titikaka Muzeyi isə bu texnoloji tendensiyanın bir parçası olmaq və robotlarla mədəni-elm sahəsində işləmək fürsəti təqdim edir. Gələcəkdə bu sahənin daha da inkişaf edəcəyi və belə vakansiyaların adi hala çevriləcəyi gözlənilir.

ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

Dünya
16 dekabr 2025 300 baxış
Budapeşt Avropa İttifaqına meydan oxuyur

Budapeşt Avropa İttifaqına meydan oxuyur

Dünya
16 dekabr 2025 300 baxış
Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Dünya
16 dekabr 2025 300 baxış
Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Dünya
16 dekabr 2025 300 baxış
Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Dünya
16 dekabr 2025 300 baxış
Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Dünya
16 dekabr 2025 300 baxış
Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Dünya
16 dekabr 2025 300 baxış
Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir

Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir

Dünya
16 dekabr 2025 300 baxış
Süleymaninin ölümündən sonra hər şey dəyişdi | Əsədin gizli planı üzə çıxdı? - Baku TV

Süleymaninin ölümündən sonra hər şey dəyişdi | Əsədin gizli planı üzə çıxdı? - Baku TV

Dünya
16 dekabr 2025 300 baxış
Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

Dünya
16 dekabr 2025 300 baxış
Seçilmişlər
icon