Dünya
Pleyeri seçin:

Saakaşvilidən Paşinyana təcili məktub: Putin sizi devirəcək

18 oktyabr 2023

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana həbsxanadan çağırış edib.

Çağırışda Saakaşvili Paşinyana bir sıra məsləhətlər verib. Bunlara “Azərbaycanla sülh müqaviləsinin dərhal imzalanması” da daxildir.

Qeyd edək ki, Saakaşvilinin çağırışı onun “X” mikrobloqunda yayılıb. Burada sabiq dövlət başçısı regionun və Ermənistanın taleyindən çox narahat olduğunu ifadə edir. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə “rəngli inqilab” nəticəsində gəldiyinə görə, Putin onu “heç vaxt bağışlamayacaq”.

“Xüsusilə də bəyanatlarınızdan, siyasi addımlarınızdan və ələlxüsus, Roma Əsasnaməsinin təsdiqindən sonra o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək”, – deyə Saakaşvili qeyd edib.

Saakaşvilinin iddiasına görə, Paşinyanın “çox az vaxtı” qalıb. Onun fikrincə, Ermənistan Baş nazirinin buna görə “Kremlin beşinci kolonu” olan dövlət aparatını “təmizləməsi” lazımdır.

“Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz 3 Baltikyanı ölkə kimi yaşaya, açıq sərhədlərlə, üçünün hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər cür tərəddüddən qaçmalı və irəliyə doğru addım atılmalıdır”, – deyə gürcü siyasətçi qeyd edib.

Bunun üçün o, Paşinyanı Rusiya hərbi bazasını ölkədən dərhal xaric etməyə, Ermənistanı MDB, KTMT və Avrasiya İttifaqından çıxmağa, Avropa İttifaqı və NATO-ya üzvlük üçün müraciət etməyə çağırıb.

“Nəhayət, siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı, bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız”, – deyə Saakaşvili bildirib.

“Putinə Ermənistanı və bütün regionu məhv etməyə imkan verməyin”, – Saakaşvili müraciətini bu cümlə ilə bitirib.

Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik | Paşinyan

Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik | Paşinyan

Dünya
27 aprel 2024
Nikol Paşinyandan sülhlə bağlı vacib açıqlama

Nikol Paşinyandan sülhlə bağlı vacib açıqlama

Dünya
27 aprel 2024
Türkiyədə “EFES - 2024” çoxmillətli beynəlxalq təlimi keçirilir

Türkiyədə “EFES - 2024” çoxmillətli beynəlxalq təlimi keçirilir

Dünya
27 aprel 2024
Beynəlxalq hüquq professoru Ermənistanın əsassız iddialarından danışdı

Beynəlxalq hüquq professoru Ermənistanın əsassız iddialarından danışdı

Dünya
27 aprel 2024
Ermənistan hərbçiləri Tavuşda aksiyalara qoşuldu

Ermənistan hərbçiləri Tavuşda aksiyalara qoşuldu

Dünya
27 aprel 2024
BMT bu müharibəni dayandırsın | Ukraynalı rəsmidən vacib çağırış

BMT bu müharibəni dayandırsın | Ukraynalı rəsmidən vacib çağırış

Dünya
27 aprel 2024
ABŞ tankları yararsız çıxdı? | Ukrayna geriyə çəkilsə...

ABŞ tankları yararsız çıxdı? | Ukrayna geriyə çəkilsə...

Dünya
27 aprel 2024
Gürcüstan təcili hərəkətə keçməlidir | Kobaxidzedən xəbərdarlıq

Gürcüstan təcili hərəkətə keçməlidir | Kobaxidzedən xəbərdarlıq

Dünya
27 aprel 2024
Yəməndə saysız-hesabsız insan bir arada aksiya keçirdi

Yəməndə saysız-hesabsız insan bir arada aksiya keçirdi

Dünya
27 aprel 2024
ABŞ-də insanları dəhşətə gətirən əməliyyat | 54 yaşlı qadına…

ABŞ-də insanları dəhşətə gətirən əməliyyat | 54 yaşlı qadına…

Dünya
26 aprel 2024
Seçilmişlər
icon