Pleyeri seçin:

Sergey Korolyov görün nələrə sahib imiş | Sensasiyalı faktlar

07 oktyabr 2024 227 baxış

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini Sergey Korolyovun oğlu və qızı Boris və Anastasiya 2014-cü ildən Böyük Britaniya və İsveçrədə məktəblərdə təhsil alırlar.

Bu barədə “The Kyiv Independent” saytı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, S.Korolyovun hər iki övladı Londondakı “Harrow School” internat məktəbində ingilis dilini öyrənib. Hazırda bu məktəbdə bir kursun qiyməti 5-15 min funt-sterlinq arasındadır.

Sayt həmçinin İsveçrədəki TASIS Amerikan məktəbinin saytında S.Korolyovun qızının fotoşəkillərini tapıb. Anastasiya 2016 və 2018-ci illərdə yay proqramları üçün oraya gedib. Yay proqramının qiyməti hazırda səkkiz min İsveçrə frankı (9,4 min dollar) təşkil edir.

Sergey Korolyov Federal Təhlükəsizlik Xidməti sistemində ən perspektivli kadrlardan biridir. Hətta FTX-də onu direktor vəzifəsinə mümkün namizəd olaraq görürlər.

General S.Korolyov və onun yaxınlarının bahalı avtomobillərə sahib olduğu ortaya çıxıb. 2021-ci ildən Sergey Korolyovun “Porsche Cayenne”, onun Sankt-Peterburqlu qohumu Tatyana Korolyovanın isə “Porsche Panamera” və “Mercedes Benz G Klass”, oğlu Borisin “Mercedes Benz AMG G63” və “Lexus LX” avtomobilləri olduğu aşkarlanıb.

Artıq 23 yaşında (2019-cu ildə) Boris Korolyov da “Jet Air Group” biznes təyyarələri ilə ölkəni gəzib. O həmçinin Moskva yaxınlığındakı Lesnaya Buxta kəndində kottecə (260 min dollar) və 190 kvadratmetr sahəsi olan bir mənzilə sahib olub.

Bundan başqa, Korolyovların Moskvanın mərkəzindəki nüfuzlu "Dom na Kompozitorskoy" yaşayış kompleksində 1 milyon ABŞ dollarına satılan evi var.

Yenilənmiş sülh planı özündə nəyi ehtiva edir?

Yenilənmiş sülh planı özündə nəyi ehtiva edir?

Dünya
18 dekabr 2025 227 baxış
Liderlər vahid razılığa gələ bilmir

Liderlər vahid razılığa gələ bilmir

Dünya
18 dekabr 2025 227 baxış
“Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski

“Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski

Dünya
18 dekabr 2025 227 baxış
Polşanın Baş nazirindən Avropa liderlərinə xatırlatma | "Dərhal addım atmalıyıq" - Baku TV CANLI

Polşanın Baş nazirindən Avropa liderlərinə xatırlatma | "Dərhal addım atmalıyıq" - Baku TV CANLI

Dünya
18 dekabr 2025 227 baxış
“3 min il sonra ilk dəfə...” | Trampın xalqa müraciətində vacib mesajlar - Baku TV

“3 min il sonra ilk dəfə...” | Trampın xalqa müraciətində vacib mesajlar - Baku TV

Dünya
18 dekabr 2025 227 baxış
Hakan Fidan SDQ-nin Suriya Ordusuna inteqrasiyasından danışdı

Hakan Fidan SDQ-nin Suriya Ordusuna inteqrasiyasından danışdı

Dünya
18 dekabr 2025 227 baxış
Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb

Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb

Dünya
18 dekabr 2025 227 baxış
Siz başlatdınız, biz isə sona qədər gedəcəyik! - Putindən Qərbə təhdid dolu mesaj - Baku TV

Siz başlatdınız, biz isə sona qədər gedəcəyik! - Putindən Qərbə təhdid dolu mesaj - Baku TV

Dünya
18 dekabr 2025 227 baxış
Putinin açıqlamaları sülhlə bağlı suallar yaratdı | Kremlin məqsədi nədir?

Putinin açıqlamaları sülhlə bağlı suallar yaratdı | Kremlin məqsədi nədir?

Dünya
18 dekabr 2025 227 baxış
“Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib

“Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib

Dünya
18 dekabr 2025 227 baxış
Seçilmişlər
icon