Pleyeri seçin:

Tramp əmri verdi, İrana qarşı... | ABŞ Prezidentindən gözlənilməz hərəkət

08 aprel 2025 346 baxış

ABŞ Prezidenti Donald Trampın İranla birbaşa danışıqlar barədə açıqlaması Tehran rəsmilərini təəccübləndirib.

Bu barədə Amerika mediasına istinadla İRNA yazır.

Donald Tramp dünən axşam Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranla birbaşa danışıqların aparılacağını açıqlayıb.

Amerika liderinin bəyanatından sonra CNN məlumatlı mənbələrə istinadla bildirib ki, ABŞ rəsmiləri şənbə günü Omanın ev sahibliyi edəcəyi görüşdə iranlı həmkarları ilə Tehranla nüvə sazişini müzakirə edəcəklər.

Görüşdə Amerika nümayəndə heyətinə rəhbərlik edəcəyi açıqlanan D.Trampın xüsusi elçisi Stiven Uitkoff bundan əvvəl söyləmişdi ki, D.Tramp Tehranla silahlı münaqişənin qarşısını almağa çalışır.

Həmçinin o, ABŞ Prezidentinin İranın Ali rəhbəri Əli Xameneyiyə yazdığı məktubun təhdid məqsədi daşımadığını iddia etmişdi. Amma “Axios”a görə, D.Trampın məktubunda yeni nüvə sazişi üçün İrana 2 aylıq vaxt verilib.

“Washington Post” qəzeti məlumatlı mənbəyə istinadla yazır ki, İran rəsmiləri Donald Trampın dünən axşamkı açıqlamalarından təəccübləniblər. Nəşr görüş və burada müzakirə olunacaq məsələlərlə bağlı məlumatların kifayət qədər məhdud olduğunu qeyd edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hyuitt də danışıqlarla bağlı əlavə məlumat verməkdən imtina edib və D.Trampın açıqlamasına istinad edib.

Qeyd edək ki, aprelin əvvəlində Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını artıran və İranı nüvə obyektlərini vurmaqla hədələyən ABŞ Prezidentinin son mesajı hələlik qarşıdurma ehtimalını arxa plana atmış kimi görünür.

Tehran isə mövcud şərtlər altında Vaşinqtonla danışıqlara getməyəcəyini bəyan etmişdi. Amma İran xarici işlər naziri Abbas Əraqçi D.Trampın açıqlamasından dərhal sonra görüşün baş tutacağını təsdiqləmişdi.

Görünən budur ki, təhdidlərin ciddiliyini nəzərə alan İran ABŞ ilə qarşıdurmadan yayınmaq üçün danışıqlar yolunu seçib. Qarşıda gözlənilən müzakirələrin hansı nəticələri verə biləcəyi həftəsonu Omanda baş tutacaq ilk təmaslardan sonra bəlli ola bilər.

Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur

Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur

Dünya
19 dekabr 2025 346 baxış
Gürcüstan və Ukraynanı aldadıb Rusiya ilə müharibəyə sövq etdilər | Papuaşvili

Gürcüstan və Ukraynanı aldadıb Rusiya ilə müharibəyə sövq etdilər | Papuaşvili

Dünya
19 dekabr 2025 346 baxış
Makronun Putinlə bağlı açıqlamasına Tbilisidən reaksiya

Makronun Putinlə bağlı açıqlamasına Tbilisidən reaksiya

Dünya
19 dekabr 2025 346 baxış
Avropadan Ukraynaya böyük maliyyə axını | Gözləntilər nələrdir?

Avropadan Ukraynaya böyük maliyyə axını | Gözləntilər nələrdir?

Dünya
19 dekabr 2025 346 baxış
İstanbulda təcili əməliyyat | Fətullah Gülənin qohumu nədə ittiham olunur? - Baku TV CANLI

İstanbulda təcili əməliyyat | Fətullah Gülənin qohumu nədə ittiham olunur? - Baku TV CANLI

Dünya
19 dekabr 2025 346 baxış
Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər

Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər

Dünya
19 dekabr 2025 346 baxış
Rusiya NATO-nun bundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır

Rusiya NATO-nun bundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır

Dünya
19 dekabr 2025 346 baxış
Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib

Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib

Dünya
19 dekabr 2025 346 baxış
Lukaşenkodan Trampın həyat yoldaşı barədə açıqlama

Lukaşenkodan Trampın həyat yoldaşı barədə açıqlama

Dünya
19 dekabr 2025 346 baxış
Argentinada əmək islahatına qarşı kütləvi etiraz aksiyası keçirilib

Argentinada əmək islahatına qarşı kütləvi etiraz aksiyası keçirilib

Dünya
19 dekabr 2025 346 baxış
Seçilmişlər
icon