Pleyeri seçin:

Tramp Putinə ərazi verəcək? - Baydendən sensasiya yaradacaq sözlər

07 may 2025 369 baxış

“ABŞ Prezidenti Donald Tramp Administrasiyasının ərazilərinin bir hissəsini Rusiyaya vermək tələbi ilə Ukraynaya təzyiqi “yeni sakitləşdirmə üsulu”dur”.

Bunu BBC-yə müsahibəsində ABŞ-nin keçmiş prezidenti Co Bayden deyib.

Müsahibədə Baydenə xatırladılıb ki, o, dəfələrlə ərazi güzəştinin belə Rusiya Prezidenti Vladimir Putini dayandırmayacağını bildirib. ABŞ-nin keçmiş prezidenti bunun əksinə inananları “axmaq” adlandırıb.

Bayden Tramp dövründə ABŞ-Avropa münasibətlərinin pozulmasından narahat olduğunu söyləyib. O hesab edir ki, hazırkı Amerika lideri dünyanın müasir tarixini dəyişdirməyə çalışır. Co Bayden Trampın Panama kanalını ələ keçirmək, Qrenlandiya və Kanadanın ilhaqı çağırışlarını pisləyib:

“Nə baş verir? Hansı prezident belə deyib? Biz belə deyilik. Biz azadlıqdan, demokratiyadan, fürsətdən yanayıq, mənimsəməkdən yox”.

Sabiq prezident Tramp Administrasiyasının sülh sazişinə nail olmaq üçün Ukraynanın bəzi ərazilərindən imtina etməli olması barədə bəyanatlarını da şərh edib. Onun sözlərinə görə, bu, Böyük Britaniyanın keçmiş baş naziri Nevil Çemberlenin 1930-cu illərdə Avropada fəlakətli müharibədən qaçmaq üçün uğursuz cəhdlə Adolf Hitleri sakitləşdirməyə çalışmasına bənzəyir.

“Bu, yeni sakitləşdirmə üsuludur”, ‒ Bayden vurğulayıb.

Bundan əlavə, keçmiş prezident Avropanın “Amerika hələ də liderdir” inamını itirə biləcəyindən narahatdır:

“Qitə liderləri özlərinə sual verirlər ki, indi mən nə edim, ABŞ-yə arxalana bilərəmmi?”.

Amerikanın sabiq lideri Donald Trampın Vladimir Putinlə dialoqa yanaşmasını tənqid edib:

“İnsanların necə düşündüyünü başa düşə bilmirəm ki, əgər biz bir diktatorun, quldurun ona məxsus olmayan böyük torpaq sahələrini ələ keçirəcəyinə qərar verməsinə icazə versək, bu onu qane edəcək? Anlaya bilmirəm”.

Bayden həmçinin Ukraynanın öz ərazilərinin bir hissəsini verəcəyi təqdirdə Rusiya ilə həmsərhəd olan bəzi NATO ölkələrinin Moskvaya güzəştə getməli olacağından ehtiyat etdiyini deyib.

Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama

Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama

Dünya
05 dekabr 2025 369 baxış
Albaniyanın süni intellekt naziri barədə qeyri-adi xəbər

Albaniyanın süni intellekt naziri barədə qeyri-adi xəbər

Dünya
05 dekabr 2025 369 baxış
Türkiyədə əməliyyat I Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı

Türkiyədə əməliyyat I Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı

Dünya
05 dekabr 2025 369 baxış
3 avropalı liderdən Zelenskiyə təcili xəbərdarlıq - BAKU TV CANLI

3 avropalı liderdən Zelenskiyə təcili xəbərdarlıq - BAKU TV CANLI

Dünya
05 dekabr 2025 369 baxış
Ukraynalı jurnalist Putinin qızını Parisdə tapdı?

Ukraynalı jurnalist Putinin qızını Parisdə tapdı?

Dünya
05 dekabr 2025 369 baxış
Zaxarovadan Mirzoyanın Aİ rəsmiləri ilə görüşünə kəskin reaksiya

Zaxarovadan Mirzoyanın Aİ rəsmiləri ilə görüşünə kəskin reaksiya

Dünya
05 dekabr 2025 369 baxış
Türkiyədə əməliyyat | Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı - Baku TV CANLI

Türkiyədə əməliyyat | Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı - Baku TV CANLI

Dünya
05 dekabr 2025 369 baxış
“Avropada yeni sistem yaranacaq” | Hakan Fidan müharibədən danışdı

“Avropada yeni sistem yaranacaq” | Hakan Fidan müharibədən danışdı

Dünya
05 dekabr 2025 369 baxış
Putin dünyaya elan etdi | “SSRİ-nin bərpa edilməsi...”

Putin dünyaya elan etdi | “SSRİ-nin bərpa edilməsi...”

Dünya
05 dekabr 2025 369 baxış
”Cəbhədə vəziyyət daha da pisləşib” | Sergey Raxmanin

”Cəbhədə vəziyyət daha da pisləşib” | Sergey Raxmanin

Dünya
05 dekabr 2025 369 baxış
Seçilmişlər
icon