Dünya
Pleyeri seçin:

Zelenskidən Putinin müsahibəsinə sərt reaksiya

23 fevral 2024

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “Fox News” telekanalına müsahibə verib.

Çıxışı zamanı ölkə başçısı Rusiya Prezidenti Vladimir Putinin ABŞ jurnalistinə verdiyi müsahibəyə öz münasibətini bildirib:

“Bəli, müsahibə ilə bağlı bəzi şeyləri eşitmişəm. V.Putinin dünyaya verdiyi mesajlar barədə ətrafımdakılar məni xəbərdar ediblər. Çünki mənim şəxsən oturub cəfəngiyyata qulaq asmaq üçün 2 saat boş vaxtım yoxdur. Rusiya-Ukrayna münasibətləri, ABŞ ilə əlaqələrimiz barədə suallar və onunla aparılan müsahibəni nəzərdə tuturam. Amma ümumi olaraq müsahibə barəsində məlumatlıyam”.

Volodimir Zelenski həmçinin ona qarşı edilən sui-qəsd cəhdləri barədə də danışıb. Bildirib ki, artıq sözügedən məsələ onun üçün maraqsızdır:

“Mənə qarşı edilən sui-qəsd cəhdləri 5-ci cəhddən sonra maraqsız gəlməyə başladı. Çünki bundan əvvəlki sui-qəsd cəhdləri zamanı Rusiya-Ukrayna müharibəsi yenicə başlamışdı. Hər şey çox təzə idi və onlar bir neçə dəfə məni öldürməyə cəhd etdilər. İndi bilirəm onların kəşfiyyatı nə işlərlə məşğuldur və hansı addımları atmaq fikrindədir. Lakin bütün bunlar, həqiqətən də, artıq mənim üçün çox maraqsızdır”.

Məlumat üçün bildirək ki, telekanalın V.Zelenski ilə çəkilişi cəbhə xəttindən kənarda, köhnə bir anqarda baş tutub. Görüntülərdə müsahibənin keçirildiyi yerin odun parçaları və sınıq şüşələrlə əhatə olunması öz əksini tapıb. Çəkilişin belə bir məkanda aparılması sosial şəbəkələrdə tənqid olunub. Prezidentin müsahibəni sözügedən şəraitdə verməsi birmənalı qarşılanmayıb.

Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Dünya
19 may 2024
Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Dünya
18 may 2024
Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Dünya
18 may 2024
Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Dünya
18 may 2024
Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Dünya
18 may 2024
Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Dünya
18 may 2024
Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Dünya
18 may 2024
Kobaxidze son nöqtəni qoyur | Gürcüstanda nə baş verəcək?

Kobaxidze son nöqtəni qoyur | Gürcüstanda nə baş verəcək?

Dünya
18 may 2024
Daxili qoşunlar hərəkətə keçdi | Bişkekdə kütləvi dava aranı qatdı

Daxili qoşunlar hərəkətə keçdi | Bişkekdə kütləvi dava aranı qatdı

Dünya
18 may 2024
Medvedev sirləri açdı | NATO-nun Ukrayna planı budur!

Medvedev sirləri açdı | NATO-nun Ukrayna planı budur!

Dünya
18 may 2024
Seçilmişlər
icon