Hadisə
Pleyeri seçin:

Astarada dəhşətli yol qəzası baş verdi | Ölənlər var

02 aprel 2024

Astarada dəhşətli yol qəzası baş verib.

Bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb. Ölənlər arasında ailənin 3 yaşlı qız uşağı da var.

Dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran avtomobil yolunun 201-ci kilometrliyində Astaranın Ərçivan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayon Şiyəkəran kənd sakini 31 yaşlı Mirzəmməd Əliyevin idarə etdiyi avtomobil idarəetməni itirərək yol kənarında hərəkətsiz dayanan Rusiya vətəndaşı 56 yaşlı Maqamed Abdullaşa məxsus iritonnajlı yük avtomobili ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili alışaraq yanıb.

Qəza səbəbindən sürücü Mirzəmməd Əliyev, onun həyat yoldaşı 22 yaşlı Fərqanə Əliyeva və onların 3 yaşlı qızı Gülxanım avtomobildə yanaraq ölüblər.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, Cənub Regional Mərkəzinin xilasetmə qrupunun 2 briqadası cəlb olunub. Yanan avtomobil söndürülüb. Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Hadisə
19 may 2024
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Hadisə
19 may 2024
Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Hadisə
19 may 2024
Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Hadisə
19 may 2024
Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Hadisə
18 may 2024
Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 may 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 may 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 may 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 may 2024
Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Hadisə
17 may 2024
Seçilmişlər
icon