Hadisə
Pleyeri seçin:

DTX transmilli cinayətkar dəstəni ifşa etdi | Bakı və Sumqayıtda...

13 mart 2024

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil kiber cinayətkar dəstə aşkar edilib.

“Report” xəbər verir ki, qruplaşmanın Azərbaycana ekstradisiya edilən daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub. İon Sekrierunun daxil olduğu transmilli cinayətkar şəbəkənin Azərbaycan bankomatlarından təmassız pul çıxarmaqda ifadə olunan cinayət əməlləri öz unikal törədilmə ssenarisinə görə xüsusilə diqqət çəkir.

İttihamdan aydın olur ki, İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvləri Azərbaycan banklarının kompüter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib.

Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər.

Uzunmüddətli əməliyyat-istintaq tədbirləri müxtəlif ölkələrin vətəndaşları olan və fərqli ölkələrdə gizlənmiş dəstə üzvlərinin bir-bir müəyyən edilərək ölkəyə ekstradisiya edilməsinə imkan verib.

Film ssenarisinə bənzəyən əməllərə görə hazıradək İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Cinayət Məcəlləsinin kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə etməklə talama maddələri ilə ittiham olunaraq Azərbaycana gətirilib və məhkəmə tərəfindən ağır cəzalara məhkum ediliblər.

Sumqayıtda sursat aşkarlandı | FHN hadisə yerində

Sumqayıtda sursat aşkarlandı | FHN hadisə yerində

Hadisə
19 may 2024
Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Hadisə
19 may 2024
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Hadisə
19 may 2024
Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Hadisə
19 may 2024
Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Hadisə
19 may 2024
Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Hadisə
18 may 2024
Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 may 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 may 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 may 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 may 2024
Seçilmişlər
icon