Hadisə
Pleyeri seçin:

Kütləvi davada 2 nəfər öldü: dəhşətli cinayətin detalları

14 oktyabr 2023

Bakıda kütləvi dava zamanı 2 nəfərin – Xəyal Rəhimov və İlkin Rzayevin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prossesdə istintaq üçün əhəmiyyət kəsb edən bir neçə şahidin ifadələri dinlənilib.

Cinayət Məcəlləsinin 4 maddəsi ilə ittiham olunan bu şəxslərlə qətlə yetirilən iki nəfərin arasındakı insident Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində başlayıb. Belə ki, eyni həbsxanada cəza çəkən Rauf Hüseynovla mərhum Xəyal Rəhimov arasında insident yaşanıb və bu ədavət onlar həbsdən azad olunandan sonra da davam edib. Hər iki şəxs görüşərək aralarındakı mübahisəyə son qoymaq qərarına gəliblər.

İstintaq materiallarında qeyd olunur ki, Xəyal Rəhimov narazılığa aydınlıq gətirmək məqsədilə dostu Orxan Fətəliyevlə birlikdə 2023-cü il fevralın 11-də gecə saatlarında Raufun kirayə yaşadığı, Ceyhun İsayevə məxsus evin pəncərəsini döyərək hər iki şəxsi çölə səsləyib.

Bundan sonra tərəflər bir-birinə nalayiq ifadələr işlədib. Rauf üzərində gəzdirdiyi bıçaqla Xəyalın sol əlindən vurub, Orxanla Ceyhun isə bir-birini yumruqlayıb. Daha sonra Ceyhun dəmir dəyənəklə Xəyalın başına güclü zərbələr endirib. Rauf isə zərbələrin təsirindən yerə yıxılan Xəyalın bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib. Xəyal aldığı zərbələrdən 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Rauf İsayev həmçinin kütləvi davaya sonradan müdaxilə edən İlkin Rzayevi bıçaqla qətlə yetirməkdə də şübhəli bilinir. İlkin döş qəfəsindən aldığı xəsarətdən hadisə yerində keçinib. Prosses davam edir.

Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Hadisə
18 may 2024
Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 may 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 may 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 may 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 may 2024
Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Hadisə
17 may 2024
DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

Hadisə
17 may 2024
Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Hadisə
17 may 2024
Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Hadisə
17 may 2024
Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Hadisə
16 may 2024
Seçilmişlər
icon