Hadisə
Pleyeri seçin:

Polisdən əməliyyat: həyətində çətənə kolu əkən Ağcabədi sakini saxlanıldı

05 oktyabr 2023

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 9 kiloqramdan artıq marixuana qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbir zamanı narkotik vasitə olan marixuananı daşımaqda şübhəli bilinən rayon sakini Etibar Quliyev saxlanılıb. Onun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən olunub.

Keçirilən növbəti əməliyyat zamanı həmin mənbənin Ağdam rayon sakini Yavər Əbdürrəhimov olduğu aşkar edilib.

Y.Əbdürrəhimovun yaşadığı ünvana baxış keçirilən zaman 9 kiloqram 100 qram qurudulmuş marixuana və həyətyanı sahəsindən 8 ədəd çətənə kolu kökündən çıxarılaraq götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Y.Əbdürrəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 may 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 may 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 may 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 may 2024
Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Hadisə
17 may 2024
DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

Hadisə
17 may 2024
Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Hadisə
17 may 2024
Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Hadisə
17 may 2024
Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Hadisə
16 may 2024
Baş Prokurorluqdan Qusarda saxlanılan bələdiyyə sədri ilə bağlı açıqlama

Baş Prokurorluqdan Qusarda saxlanılan bələdiyyə sədri ilə bağlı açıqlama

Hadisə
16 may 2024
Seçilmişlər
icon