Pleyeri seçin:

Salyanda faciəvi qəza | “Moskvaya yola salmağa gedirmişlər...” - Baku TV

06 yanvar 2026 495 baxış

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Noxudlu kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobilinin toqquşması faciə ilə nəticələnib.

Hadisə nəticəsində Sabirabad rayon sakinləri – 61 yaşlı Vüqar İmanov və 32 yaşlı Coşqun Məmmədov aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Vüqar İmanovun oğlu – 32 yaşlı Tərlan İmanov xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad rayon sakinləri – 31 yaşlı Mirzağa Məmmədov, onun həyat yoldaşı 33 yaşlı Pərvanə Məmmədova və qızları 15 yaşlı Fatimə Məmmədlidir.

“Zəng etdilər ki, qonşun qəzaya düşüb. Üç balası yetim qaldı. Mirzağanın dayısı nəvəsi Moskvaya qayıdırdı. Onu yola salmağa gedirdilər, başlarına bu iş gəldi”, – deyə qəzaya düşənlərin yaxını hadisə ilə bağlı danışarkən bildirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Kopyalandı
NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

Hadisə
25 sentyabr 2026 495 baxış
Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV

Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV

Hadisə
25 sentyabr 2026 495 baxış
Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 495 baxış
Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Hadisə
25 sentyabr 2026 495 baxış
Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 495 baxış
Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
25 sentyabr 2026 495 baxış
"Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV

"Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV

Hadisə
25 sentyabr 2026 495 baxış
“Qadın çağırdı ki, gəl, burada...” | Sakin 53 yaşlı kişinin müəmmalı ölümündən danışdı - Baku TV

“Qadın çağırdı ki, gəl, burada...” | Sakin 53 yaşlı kişinin müəmmalı ölümündən danışdı - Baku TV

Hadisə
25 sentyabr 2026 495 baxış
53 yaşlı Yevlax sakini müəmmalı şəkildə həyatını itirdi - Baku TV CANLI

53 yaşlı Yevlax sakini müəmmalı şəkildə həyatını itirdi - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 495 baxış
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" | Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - Baku TV

"Təzə evlənmişdi, ailəmiz məhv oldu" | Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - Baku TV

Hadisə
25 sentyabr 2026 495 baxış
Seçilmişlər
icon