İki qonşu ölkə Rusiya liderinin həbsini dəstəkləyən sənədi imzaladı
Ermənistan və Gürcüstan Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin orderini dəstəkləyən Avropa Şurasının bəyannaməsini imzalayıb.
Sənəd Avropa Şurasının saytında dərc olunub.
Məlumata görə, Avropa Şurasına üzv ölkələrin və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi Litvanın sədrliyi ilə keçirilən görüşdə qəbul ediblər. Sənəddə yer alan prinsiplər tövsiyə xarakteri daşıyır.
Bəyannaməni Ermənistan və Gürcüstanla yanaşı, Litva, Latviya, Estoniya, Ukrayna, Moldova, ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və digər bir neçə ölkə dəstəkləyib. Sənədi dəstəkləməyən ölkələr sırasında isə Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya var.
Sözügedən bəyannamədə Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və digər rusiyalı siyasətçilərin həbsi ilə bağlı orderləri yer alıb.
#Ermənistan teqi istifadə olunub
- "Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini məhv ediblər" | Prezident - Baku TV
- İrəvanda arxiyepiskop Arşak Xaçatryan saxlanılıb
- Kərki kəndinin qaytarılması Ermənistanda niyə təşviş yaradır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Rəsmi Moskva Sarkisyanın Putinə yazdığı məktubun dərc edilməsinə münasibət bildirdi - Baku TV CANLI
- Zaxarova od püskürdü | “Brüssel vampirləri” istəyirlər ki...”
