Putin: Sülhməramlıların Qarabağda başqa hüquqları yoxdur
“Rusiya sülhməramlılarının hüquqi statusu yalnız 2020-ci il bəyanatına əsaslanırdı, onların missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib.
Onun sözlərinə görə, Azərbaycan sülhməramlıların statusu ilə bağlı əlavə razılaşma imzalamağa ehtiyac görməyib və buna ehtiyac da yox idi.
“Azərbaycan hesab edirdi ki, buna ehtiyac yoxdur, Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, – Rusiya Prezidenti bildirib.
Putinin sözlərinə görə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ona bildirib ki, indi sülhməramlıların burada olması məsələsi yalnız ikitərəfli əsasda həll olunacaq, çünki onlar məhz Azərbaycan ərazisində yerləşirlər.
#Vladimir Putin teqi istifadə olunub
- Rusiya Pezidenti "Valday"da hansı mesajları verdi?
- Putindən “Valday”dakı çıxışında Azərbaycanla bağlı vacib açıqlama - Baku TV
- Putin Kalininqradla bağlı ən sərt ssenarini açıqladı - Baku TV CANLI
- "Putin özü bunu istəyir" | Rusiya Prezidenti "Valday" çıxışında kritik açıqlamalar verdi - Baku TV
- Rusiya Prezidentinin qərarı bu ölkədə yaşayan soydaşlarımıza necə təsir edəcək?
