Siyasət
Pleyeri seçin:

Sülhməramlılar Zəngəzura göndəriləcək? - rus ekspertdən gözlənilməz çıxış

10 noyabr 2023 36 baxış

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında Üçtərəfli Bəyanatın imzalanmasından artıq 3 il keçir. Bəyanat Qarabağ münaqişəsi ilə bağlı məsələlərin həllini nəzərdə tutur və ötən dövr ərzində onun bir sıra bəndləri icra olunub.

Bundan sonra həmin sənədlə bağlı hansı işlər görülməlidir? Bu məsələ ilə bağlı sualları rusiyalı hərbi ekspert Yevgeniy Mixaylov cavablandırıb.

O bildirib ki, Bəyanatın imzalanmasından 3 il keçməsinə baxmayaraq, İrəvan sərhədlərin demarkasiya və delimitasiyası baxımından üzərinə düşən öhdəlikləri yerinə yetirməyib:

“Məhz antiterror əməliyyatından sonra Ermənistan məcbur olub qanunsuz hərbi birləşmələrini Qarabağdan çıxardı. İndi isə Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılmasına çalışır. Bu, bəyanatda yer alan ən vacib məqamlardan biridir. İrəvan isə öhdəliklərdən boyun qaçırır. Ermənistan Zəngəzur dəhlizini açmasa, sülh müqaviləsindən söhbət gedə bilməz. Bu vəziyyətdə Azərbaycan İran vasitəsilə Naxçıvana yolunu açsa, o zaman Ermənistan daha çox şey itirəcək və regional layihələrdən kənarda qalacaq”.

Azərbaycanın suverenliyini bərpa etdiyini vurğulayan Yevgeniy Mixaylov Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin 2025-ci ildən sonra taleyinin necə olacağı məsələsinə də aydınlıq gətirib:

“Bakı və Moskvanın iki müttəfiqlik müqaviləsi var. Biz bir çox sahələrdə strateji tərəfdaşıq. Bizim Azərbaycanla çox gözəl münasibətlərimiz var. Belə bir variant var ki, sülhməramlılar Zəngəzur dəhlizini qorumaq üçün ora göndərilə bilərlər. Bu barədə hər hansı dəqiq bir fikir bildirmək bir az çətindir, çünki biz bilmirik Ermənistan və onu dəstəkləyən Fransa sabah özünü necə aparacaq. Biz bilmirik onlar nə planlar qururlar”.

Rusiyalı hərbi ekspert onu da əlavə edib ki, Cənubi Qafqaz Rusiyanın strateji maraqlarına uyğun regiondur.  

Paşinyan Osmanlı imperiyası ilə bağlı tapşırıq verdi | Qondarma genosid tarixə qovuşur?

Paşinyan Osmanlı imperiyası ilə bağlı tapşırıq verdi | Qondarma genosid tarixə qovuşur?

Siyasət
12 fevral 2025 36 baxış
Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır | İlham Əliyev

Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır | İlham Əliyev

Siyasət
12 fevral 2025 36 baxış
Gürcüstan və Azərbaycan arasında mühüm müzakirələr | Kobaxidzedən İlham Əliyevə təşəkkür

Gürcüstan və Azərbaycan arasında mühüm müzakirələr | Kobaxidzedən İlham Əliyevə təşəkkür

Siyasət
12 fevral 2025 36 baxış
Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik | Hasan Şeyx Mahmud

Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik | Hasan Şeyx Mahmud

Siyasət
12 fevral 2025 36 baxış
Prezidentdən Azərbaycan və Somali arasındakı layihələrlə bağlı açıqlama

Prezidentdən Azərbaycan və Somali arasındakı layihələrlə bağlı açıqlama

Siyasət
12 fevral 2025 36 baxış
Markov Rusiyadakı azərbaycanlılardan danışdı | Aranı qatmaq istəyənlər...

Markov Rusiyadakı azərbaycanlılardan danışdı | Aranı qatmaq istəyənlər...

Siyasət
12 fevral 2025 36 baxış
Azərbaycan və Somalinin bu sahələrdə baxışları üst-üstə düşür | Somali Prezidenti

Azərbaycan və Somalinin bu sahələrdə baxışları üst-üstə düşür | Somali Prezidenti

Siyasət
12 fevral 2025 36 baxış
Azərbaycan və Somali liderləri arasında mühüm müzakirələr

Azərbaycan və Somali liderləri arasında mühüm müzakirələr

Siyasət
12 fevral 2025 36 baxış
Erməni məkrini tez başa düşən I Nikolay Erməni vilayətini ləğv edib, İrəvan adını bərpa etdi

Erməni məkrini tez başa düşən I Nikolay Erməni vilayətini ləğv edib, İrəvan adını bərpa etdi

Siyasət
12 fevral 2025 36 baxış
İlham Əliyev Azərbaycanda təhsil alan somalili tələbələrdən danışdı

İlham Əliyev Azərbaycanda təhsil alan somalili tələbələrdən danışdı

Siyasət
12 fevral 2025 36 baxış
Seçilmişlər
icon