Siyasət
Pleyeri seçin:

Türkiyənin Ukraynaya dəstəyi Lavrovu dilə gətirdi | Düşündürən açıqlama

20 noyabr 2024

“Türkiyə-Rusiya münasibətlərində soyuqluq var və bu, kifayət qədər hiss olunur”.

Bu fikirləri Baku TV-nin departament rəhbəri, jurnalist Turan İbrahimov deyib.

O qeyd edib ki, xüsusilə Rusiya mediasında Türkiyəyə istiqamətlənmiş ittihamların dozası getdikcə artmağa başlayıb:

“Müxtəlif istiqamətlər üzrə Türkiyəni artıq ittiham etməyə başlayıblar. Xüsusilə də bir müddətdir ki, səsi kəsilmiş ermənipərəst ictimai xadimlərin də dili sözün əsl mənasında uzanıb. Qabartdıqları məqam budur ki, Orta Asiyadakı Türk dövlətlərini Türkiyə yavaş-yavaş öz tərəfinə çəkir, öz çətiri altında birləşdirir, məqsəd də Rusiyanın bu bölgədəki təsirini minimuma endirməkdir”.

Jurnalistin sözlərinə görə, Türkiyə mediasında da Rusiya ilə bağlı əvvəllər səsləndirilməyən iddialar ortaya atılır:

“Məhz Suriyada Rusiyanın müəyyən fəaliyyət istiqamətləri tənqid olunur. Türkiyə və Rusiya Avrasiya bölgəsində həlledicidir. Anlaşılan odur ki, Suriyada Türkiyənin indiki məqamda Rusiyanın maraqlarına uyğun olmayan, Qərb dövlətləri ilə razılığa gələrək addımlar atması Rusiyanı qıcıqlandırır.

Bundan əlavə, ön önəmli faktor Ukraynanın taleyi ilə bağlı Türkiyənin tutduğu mövqedir ki, Rusiyanı özündən çıxarır və Sergey Lavrov səviyyəsində müəyyən məsələlər dilə gətirilir. Türkiyə tərəfi deyir ki, Rusiya-Ukrayna müharibəsi bitəcəksə, bu, mütləq Ukraynanın ərazi bütövlüyü çərçivəsində başa çatmalıdır və 1991-ci il sərhədlərinə qədər hər şey müəyyənləşməli, Rusiya oradan çıxmalıdır. Bu da indiki məqamda Rusiya üçün qəbul olunmazdır”.

Braziliyalı nazir ölkələri öhdəliklərə sadiq qalmağa çağırıb

Braziliyalı nazir ölkələri öhdəliklərə sadiq qalmağa çağırıb

Siyasət
24 noyabr 2024
Muxtar Babayev konfransa qatılan iştirakçılara təşəkkürünü bildirdi

Muxtar Babayev konfransa qatılan iştirakçılara təşəkkürünü bildirdi

Siyasət
24 noyabr 2024
Annalena Berbokun ittihamlar səsləndirməsi qəbuledilməzdir | Hikmət Hacıyev

Annalena Berbokun ittihamlar səsləndirməsi qəbuledilməzdir | Hikmət Hacıyev

Siyasət
24 noyabr 2024
Kritik qlobal problemlər Bakıda həllini tapdı | COP29-un 13-cü günündə yaşananlar - COP BAKU

Kritik qlobal problemlər Bakıda həllini tapdı | COP29-un 13-cü günündə yaşananlar - COP BAKU

Siyasət
24 noyabr 2024
COP29 tədbirində mühüm irəliləyiş | Əməkdaşımız detalları açıqladı

COP29 tədbirində mühüm irəliləyiş | Əməkdaşımız detalları açıqladı

Siyasət
24 noyabr 2024
Rebekka Tissen COP29-da müzakirələrin aparıldığı otağı niyə tərk etdi?

Rebekka Tissen COP29-da müzakirələrin aparıldığı otağı niyə tərk etdi?

Siyasət
24 noyabr 2024
Azərbaycanın COP29 sədrliyinin növbəti uğuru

Azərbaycanın COP29 sədrliyinin növbəti uğuru

Siyasət
24 noyabr 2024
Pis razılaşma ilə razılaşmaqdansa, daha bir il... | Lidi Nakpildən açıqlama

Pis razılaşma ilə razılaşmaqdansa, daha bir il... | Lidi Nakpildən açıqlama

Siyasət
24 noyabr 2024
Bakıdan gözləntilərimiz böyükdür | İngiltərəli nümayəndə COP29-la bağlı tələblərini açıqladı

Bakıdan gözləntilərimiz böyükdür | İngiltərəli nümayəndə COP29-la bağlı tələblərini açıqladı

Siyasət
23 noyabr 2024
Qərb iqlim məsuliyyətini kimin üzərinə atır? | Almaniya XİN başçısının riyakarlığı

Qərb iqlim məsuliyyətini kimin üzərinə atır? | Almaniya XİN başçısının riyakarlığı

Siyasət
23 noyabr 2024
Seçilmişlər
icon