Pleyeri seçin:

Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulub

13 iyun 2023 317 baxış

Xaçmaz rayonunun Xudat şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan parkın əsaslı təmirdən sonra açılışı olub.

Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Xudat şəhərinin və ətraf kəndlərin sakinləri iştirak ediblər.

Ümumi sahəsi 2 hektaradək olan parkda əsaslı şəkildə yenidənqurma və abadlıq işləri aparılıb. Parkda dahi şairimiz Nizami Gəncəvinin heykəli ucaldılıb, ətrafı milli memarlıq üslubunda abadlaşdırılıb. Görkəmli şairin yaradıcılığını əks etdirən möhtəşəm “Kitab abidəsi” yaradılıb.

İstirahət məkanında yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılıb. Parkda elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqların mənalı istirahəti üçün atraksionlar da qoyulub.

Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev park və xiyabanların yenidən qurulması, yaşıllıqların salınması istiqamətində görülən işlərdən danışıb. Rayonun müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən belə layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Tədbirin bədii hissəsində dahi şairimiz Nizami Gəncəvinin şeirləri səsləndirilib, musiqi kollektivləri xalq mahnıları və rəqs nümunələri ilə çıxış ediblər.

Banner
"Qoxusu belə mənə təsəllidir" | Ekranda gördüyümüz yeməyin dadını necə hiss edəcəyik? - Baku TV

"Qoxusu belə mənə təsəllidir" | Ekranda gördüyümüz yeməyin dadını necə hiss edəcəyik? - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV

Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
"Hər işi süni intellektə gördürəcəyəm" - Fərid Pərdəşünas - QAPQARA

"Hər işi süni intellektə gördürəcəyəm" - Fərid Pərdəşünas - QAPQARA

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
"Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi  bağları susuzluqdan yanır - Baku TV

"Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
“Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV

“Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub - Baku TV CANLI

İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub - Baku TV CANLI

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
“Onlara gözünün üstündə qaşın var deyən yoxdur” | Rəşad Məcid - Baku TV

“Onlara gözünün üstündə qaşın var deyən yoxdur” | Rəşad Məcid - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
"Sevincək gəldim ki, ev verəcəklər" | Vətəndaş niyə 21 ildir mənzillə təmin edilmir? - Baku TV

"Sevincək gəldim ki, ev verəcəklər" | Vətəndaş niyə 21 ildir mənzillə təmin edilmir? - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu | DİN-dən açıqlama - Baku TV

Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu | DİN-dən açıqlama - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
Məktəb cəmiyyət üçün necə vətəndaş yetişdirməlidir? - Baku TV

Məktəb cəmiyyət üçün necə vətəndaş yetişdirməlidir? - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 317 baxış
Seçilmişlər
icon