"Qisməti bura qədər imiş" | Doğma qəsəbədə gəmi kapitanı üçün son vida mərasimi keçirilib - Baku TV
Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Azərbaycana gətirilib.
Onun nəşi doğulduğu Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə aparılaraq ailəsinə təhvil verilib.
Ailəsi ilə keçirilən vida mərasimindən sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
“Mənim qardaşım fəxr ediləsi insan idi. Hər zaman yüksəklərdə olan, ad çıxarmış, hamıya əl tutan biri idi. Kaş belə olmayaydı. O bizim fəxrimiz, anamın, atamın dayağı idi. Qisməti bura qədər imiş. Hadisə baş verən gün ailəsi, anam və mən onunla görüntülü danışmışdıq”, – mərhumun bacısı Rəxşəndə Mustafayeva söyləyib.
“Mənə xəbər vermişdilər ki, gəmiyə raket düşüb, vəziyyət pisdir. Onun sağ olub-olmadığını dəqiqləşdirə bilmirdilər. Kapitan öz yerini, postunu tərk etməyib. Əməkdaşlarına aşağıya enmələrini tapşırıb, özü isə postunda qalıb”, – deyə mərhumun qohumu Murad Nəhmətov qeyd edib.
#Lənkəran teqi istifadə olunub
- "Valideynlər olmasa, Hindistandakı kimi yerdə oturacaqdıq" | Acınacaqlı halda qalan məktəb - Baku TV
- Leyla Əliyeva və Arzu Əliyeva Lənkərana səfər ediblər - Baku TV
- Lənkəranda təbiətin görünməyən üzü | Hansı heyvan yoxa çıxıb? - Kameraya düşənlər... - Baku TV
- Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb - Baku TV
- Lənkəranda WUF13 Festivalı keçirilib - Baku TV
