Pleyeri seçin:

Paşinyan Kremli niyə əsəbiləşdirdi? | Rusiya XİN-dən açıqlama

26 may 2024 537 baxış

Mayın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün geri çağırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, elan edilən hər şey artıq elan edilib, məsləhətçilər, birinci katiblər, attaşelər gəlirlər.

Maraqlı məqam odur ki, rəsmi Moskva səfiri erməni Baş nazir Nikol Paşinyanın “2020-ci ildə Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında iki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkəsi iştirak edib” deməsindən sonra geri çağırıb.

Ehtimal olunur ki, N.Paşinyanın bu sözü Kremldə xoş qarşılanmayıb. Ancaq səfirin bir sözə görə çağırılması da bir qədər şübhəli görünür. Çünki son günlər iki ölkə arasında olduqca maraqlı hadisələr baş verir.

İrəvan və Qərb getdikcə daha çox yaxınlaşır, bu isə Ermənistanın Rusiyadan uzaqlaşması fonunda baş verir. Üstəlik, “Xarici agentlər haqqında” qanuna görə Qərbin Gürcüstanla münasibətlərində gərginləşmə var. Belə görünür ki, Gürcüstanla əməkdaşlıq mümkün deyil. Buna görə də Qərb regionda daha çox Ermənistanda möhkəmlənməyə çalışır.

Mayın 21-də ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin direktor müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyəti İrəvanda səfərdə olub. D.Koenin səfərindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin yeni köməkçisi, Təhlükəsizlik Şurasının keçmiş katibi Dmitri Patruşev Ermənistana gəlib və Gümrü bazasında görüşlər keçirilib.

D.Patruşev Rusiya kəşfiyyat sisteminə rəhbərlik etmiş şəxsdir və hazırda da bu sahəyə nəzarət onun əlindədir. ABŞ kəşfiyyatının ikinci adamının İrəvana səfəri zamanı Kreml dərhal D.Patruşevi göndərməklə vəziyyətdən nə qədər narahat olduğunu göstərib.

Ehtimal ki, Ermənistan Qərb qarşısında Rusiya və onun nəzarətində olan təşkilatlara qarşı sərt addımlar atmağı düşünür. Rəsmi İrəvan KTMT-də konkret fəaliyyətini dondurub, Rusiya qoşunlarını sərhəddən çıxarıb.

Hazırda isə gedişat Ermənistanın KTMT-ni tərk edəcəyini və hətta Gümrü hərbi bazasının bağlanacağı ehtimalının mümkünlüyünü deməyə əsas verir. Elə son zamanlar Ermənistan hakimiyyətinin Rusiya və KTMT-yə qarşı ritorikası da olduqca sərtdir.

Əgər əvvəllər əsasən parlamentin sədri Alen Simonyanın və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın bu cür çıxışlarına şahid olurduqsa, artıq Nikol Paşinyan da Rusiyaya qarşı sərt ritorikaya keçib. Bunun nəticəsində isə rusiyalı səfir ölkəsinə geri çağırılıb. Bu isə iki ölkə arasındakı məsələlərin diplomatik yolla həllinin artıq mümkün olmadığını göstərir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 537 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 537 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 537 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 537 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 537 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 537 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 537 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 537 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 537 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 537 baxış
Seçilmişlər
icon