Pleyeri seçin:

QAİ sözçüsündən Qranadadakı bəyanat haqqında sərt çıxış

06 oktyabr 2023 573 baxış

“Ermənistan, Aİ, Fransa və Almaniyanın Qranadada verdikləri bəyanat ayrı-seçkilik xarakteri daşıyır”.

Bu fikir Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

“Biz, Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniyanın liderlərinin 5 oktyabr 2023-cü il tarixində İspaniyanın Qranada şəhərində verdikləri ayrı-seçkilik xarakterli bəyanatla bağlı dərin məyusluğumuzu və narahatlığımızı bildiririk. Onlar Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq üçün bərabər və legitim hüquqlarını tanımaqdan imtina ediblər.

Geri qayıtmaq hüququmuzu inkar edən bu yanlış və birtərəfli bəyanat bizim iztirablarımızı dərinləşdirməklə yanaşı, regionda gərginliyi daha da artırır və davamlı sülhün və barışığın əldə edilməsinə mane olur.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistana, Aİ-yə və onun üzv dövlətlərinə müraciət edərək, ata-baba torpaqlarımıza təhlükəsiz və ləyaqətlə qayıtmağımıza imkan yaratmağı xahiş edib. Təəssüflər olsun ki, bu müraciətlərimiz biganəlik və sükutla qarşılanıb. Qranadada yaydıqları qərəzli bəyanat ilə Aİ və onun bəzi üzv dövlətləri Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə faktiki olaraq dəstək veriblər.

Biz Ermənistanı, Aİ-ni, Fransanı və Almaniyanı öz mövqelərinə yenidən baxmağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarını tanımağa çağırırıq”, – deyə bəyanatda bildirilib.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 573 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 573 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 573 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 573 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 573 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 573 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 573 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 573 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 573 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 573 baxış
Seçilmişlər
icon