Cəmiyyət
Pleyeri seçin:
Xankəndidə tikiş fabriki açıldı | İşçilər evlə təmin edildi
Azərbaycan və Özbəkistan şirkətlərinin birgə fəaliyyəti nəticəsində Xankəndidə inşa olunan tikiş fabrikinin ölkə rəhbərlərinin iştirakı ilə videobağlantı vasitəsilə açılışı olub.
1,2 hektar ərazini əhatə edən bu müəssisədə hazırda 250-dən çox işçi fəaliyyət göstərir.
Tikiş fabrikinin əməkdaşı Günel Əlizadə bildirib ki, işçilərin 2 aylıq təlim müddəti olur, daha sonra isə rəsmiləşdirilirlər:
“Üstünlük Xankəndi sakinlərinə verilir, amma azad olunmuş torpaqlardan olan hər bir vətəndaş bizdə işçi kimi fəaliyyət göstərə bilər. Xankəndi ərazisində yaşayan işçilərimiz evlə təmin olunurlar. İş günlərimiz 5 gündən ibarətdir”.
Kopyalandı
Seçilmişlər