Pleyeri seçin:

Çəki atmaq istəyənlər nədə səhv edir? | Doğru bilinən yanlışlar

03 mart 2025 390 baxış

Niyə məşhur pəhrizlər yalnız müvəqqəti nəticə verir və çəki daha da artıq şəkildə geri qayıdır?

Cavab sadədir: arıqlama sənayesinə sərf edən miflərə əsaslanan üsullar çoxluq təşkil edir.

1-ci mif: “Az yesən, daha arıq olarsan”. Çox sərt məhdudiyyətlər maddələr mübadiləsini zəiflədir. Bədən “qənaət rejiminə” keçir və hər qramı ehtiyatda saxlamağa başlayır. Bu, arıqlamaq əvəzinə daha da çəki artımına gətirib çıxara bilər.

2-ci mif: “Yağlar bədən üçün təhlükəlidir”. Əslində, “Omega-3” və “Omega-6” yağ turşuları piylərin parçalanmasını sürətləndirir. Bu yağların çatışmazlığı isə hormonların, o cümlədən əzələ tonusuna cavabdeh olan testosteronun istehsalını pozar.

3-cü mif: “Superqidalar piyləri əridir”. 3-Goji giləmeyvəsi, spirulina kimi məhsullar kalori defisitini əvəz edə bilməz. Bunlar daha çox marketinq hiylələridir, elm deyil. Arıqlamaq üçün əsas prinsip qəbul edilən enerjinin sərf ediləndən az olmasıdır.

4-cü mif: “Yerində yağ yandırmaq mümkündür”. Əzələ məşqləri qarındakı piyləri təkbaşına yox etmir. Qarın piylərindən qurtulmaq üçün ümumi bədən piyinin qadınlarda 25, kişilərdə isə 15 faizdən aşağı salınması vacibdir.

5-ci mif: “Detoks çayları orqanizmi təmizləyir”. Əslində, detoks çayları bədəndən yalnız suyu çıxarır və bağırsaq mikroflorasını poza bilər. Bu da maddələr mübadiləsini zəiflədərək arıqlama prosesini çətinləşdirir.

Bəs əvəzində nə etməli?

- Kalori ehtiyacınızı hesablayın və gündəlik normadan 15-20 faiz az qəbul edin.
- Zülal-yağ-karbohidrat balansını qoruyun. Zülal əzələlərin qorunmasını təmin edir.
- Yağlar (qoz-fındıq, avokado) hormon balansını saxlayır.
- Mürəkkəb karbohidratlar (qarabaşaq, kinoa) enerji verir.
- Sevdiyiniz fiziki fəaliyyəti seçin: rəqs, üzgüçülük, yürüş. İdman məcburiyyət yox, həzz mənbəyi olmalıdır. Həftədə bir dəfə sevdiyiniz yeməkləri yeyin, bu, pəhrizdən çıxmaların qarşısını alır.
- Stresi idarə edin: Kortizol hormonu piylərin parçalanmasını əngəlləyir. Meditasiya, hobbilər və istirahət arıqlama prosesində əsas rol oynayır.

Unutmayın: Arıqlamaq yalnız pəhriz deyil, bu, balanslı həyat tərzidir.

“Uşaq peşəkardan 10 dəfə çox qazanır” | Kənan Yusifov ailəsini itirdiyini niyə gizlədib? - QAPQARA

“Uşaq peşəkardan 10 dəfə çox qazanır” | Kənan Yusifov ailəsini itirdiyini niyə gizlədib? - QAPQARA

Cəmiyyət
10 avqust 2026 390 baxış
Bu avtomobil sınaqda 30 min km dayanmadan gedəcək - Baku TV

Bu avtomobil sınaqda 30 min km dayanmadan gedəcək - Baku TV

Cəmiyyət
10 avqust 2026 390 baxış
Dövlət qurumlarına edilən kiberhücumlara qarşı hansı tədbirlər görülür? - Baku TV

Dövlət qurumlarına edilən kiberhücumlara qarşı hansı tədbirlər görülür? - Baku TV

Cəmiyyət
10 avqust 2026 390 baxış
"Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV

"Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV

Cəmiyyət
10 avqust 2026 390 baxış
"Ən aşağı bal yığan tələbəni də qəbul edirlər" | 150 ballıq ixtisaslar niyə artırıldı? - Baku TV

"Ən aşağı bal yığan tələbəni də qəbul edirlər" | 150 ballıq ixtisaslar niyə artırıldı? - Baku TV

Cəmiyyət
10 avqust 2026 390 baxış
"Gecələr çox olur, anidən çıxır..." | Ödənişli yol niyə ölüm saçır? - Baku TV

"Gecələr çox olur, anidən çıxır..." | Ödənişli yol niyə ölüm saçır? - Baku TV

Cəmiyyət
10 avqust 2026 390 baxış
Hava tətil planı quranları məyus edəcək? - Baku TV CANLI

Hava tətil planı quranları məyus edəcək? - Baku TV CANLI

Cəmiyyət
10 avqust 2026 390 baxış
“Qol-qıçları qırılır, “skoru” gəlmir” - Əhali narazıdır | “Qurumlar deyir ki, pul yoxdur” - Baku TV

“Qol-qıçları qırılır, “skoru” gəlmir” - Əhali narazıdır | “Qurumlar deyir ki, pul yoxdur” - Baku TV

Cəmiyyət
10 avqust 2026 390 baxış
Hansı ixtisaslarda təhsil haqqı azaldıldı? | Abituriyentlərin nəzərinə - Baku TV

Hansı ixtisaslarda təhsil haqqı azaldıldı? | Abituriyentlərin nəzərinə - Baku TV

Cəmiyyət
10 avqust 2026 390 baxış
“Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV

“Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV

Cəmiyyət
10 avqust 2026 390 baxış
Seçilmişlər
icon