Müdafiə və Səhiyyə nazirliklərindən gənc əsgərlərlə bağlı birgə məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Müdafiə və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.
Bildirilib ki, son günlər ölkəmizdə qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır.
Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
“Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır.
Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
Respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – deyə məlumatda bildirilib.
#Azərbaycan Respublikası Səhiyyə Nazirliyi teqi istifadə olunub
- "Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- “Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
