Pleyeri seçin:

"Qurum qarantiya verir ki, övladım ölməyəcək?!" - Xəstə qızın pensiyası niyə dayandırıldı? - Baku TV

21 avqust 2026 319 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən Axirə Zamanovanın sözlərinə görə, təkbaşına böyütdüyü və kəskin qan xəstəliyindən əziyyət çəkən övladlarına erkən yaşlarda dövlət tərəfindən ömürlük pensiya təyin olunub. Lakin iki ay əvvəl qızlarından birinin pensiyası kəsilib.

Şikayətçi pensiyanın bərpa olunması üçün aidiyyəti qurumlara müraciət etsə də, hələ ki heç bir nəticə əldə edə bilməyib.

“Böyük qızım Arzu Zamanlının pensiyasını yeniləmək üçün yenidən baxış keçirilməsinə dair ərizə verdik. Bundan sonra qızımın pensiyasını kəsdilər. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, canlı müayinədə olmuşuq, lakin müsbət rəy vermirlər. Qızlarım implantla yaşayırlar. Hər iki övladımın implantını ildə bir dəfə öz vəsaitimlə dəyişirəm və buna hər il 3 000 manat xərcim çıxır. Onlar kəskin qanaxmadan əziyyət çəkirlər və mütəmadi müalicə alırlar. “İmplantı çıxarın, uşağın vəziyyəti ağırlaşsın, onda pensiya düşəcək” deyirlər. Bu implantı çıxarsam, uşağımın qanaxmadan ölməyəcəyinə hansı qurum zəmanət verir?!”, – deyə A.Zamanova bildirib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Arzu Əziz qızı Zamanlının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş “Forma 88” göndərişi əsasında vətəndaş 08.06.2026 və 14.08.2026-cı il tarixlərində əyani müayinəyə dəvət olunub:

“Hər iki müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etmədiyinə dair qərar qəbul olunub və bu barədə vətəndaşa müvafiq izahat verilib”.

Banner
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 319 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 319 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 319 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 319 baxış
"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

Cəmiyyət
03 noyabr 2026 319 baxış
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 319 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 319 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 319 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 319 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 319 baxış
Seçilmişlər
icon