Avropa müharibə barədə geri addım atacaq? - Zelenski səbirsizliklə gözləyir ki...
NATO-nun Rusiya Prezidenti Vladimir Putinin tələblərinə reaksiya vermək hüququ var.
Bu sözləri Alyansın Baş katibi Mark Rutte deyib.
O, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya Ukraynada sülh yolu ilə nizamlanmanın şərti kimi NATO-dan öz qoşunlarını Alyansın yeni üzvlərinin ərazisindən çıxarmağı tələb edib.
“Bu, V.Putinin öz istəyi və haqqıdır. Amma o, Alyansın buna reaksiyasının necə olacağını təxmin edə bilməz. Bizim də öz hüquqlarımız var. Bizim nə etməli olduğumuza dair göstəriş verilməsin”, – deyə M.Rutte bildirib.
Xatırladaq ki, daha əvvəl M.Rutte Rusiyanın Şimali Atlantika Alyansına üzv ölkələr üçün ən ciddi təhlükə olmaqda davam etdiyini bəyan etmişdi. Onun sözlərinə görə, Rusiya Federasiyası öz müdafiə sənayesinin inkişafına böyük iqtisadi resurslar yatırır ki, bu da sonradan ölkənin Silahlı Qüvvələrinin imkanlarının artırılmasına ciddi təsir göstərəcək.
Bir müddət öncə isə xarici mediada M.Ruttenin bu ifadələrinin tam əksi olan xəbər paylaşılıb. Bildirilib ki, Avropa Ukraynaya hərbi dəstək göndərməkdən çəkinərək geri addım atır. Onlar Ukraynanı dəstəkləyə bilmək üçün alternativ yollar axtarırlar.
#NATO teqi istifadə olunub
- Ruttedən sensasiyalı açıqlama | NATO ölkələri İrana qarşı birləşir? - Baku TV
- "NATO bizə kömək etməyə cəsarət göstərməyib" | ABŞ-nin atəşkəs etməyə niyyəti yoxdur - Baku TV
- Trampdan sərt çıxış | "Nüvə silahından istifadə edəcəklər" - Baku TV
- Bəzi NATO ölkələri neftin yüksək qiymətindən şikayətlənir
- NATO ölkələri hərəkətə keçdi | "Bu, onların xeyrinədir" - Baku TV
