Pleyeri seçin:
Dəməşqdə qorxulu anlar | Ölən və yaralananlar var
Dəməşqin qərbində bir neçə partlayış baş verib. Hadisə paytaxtın Məzzə bölgəsində qeydə alınıb.
Bu barədə “Shafaq News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Verilən xəbərə görə, bölgə naməlum şəxslər tərəfindən raket atəşinə tutulub. Bildirilir ki, ən azı 3 dəfə partlayış səsi eşidilib.
İlkin informasiyalara əsasən, bir qadın həlak olub, bir neçə nəfər yaralanıb. Ölənlərin sayı barədə hələ ki dəqiq məlumat yoxdur.
Əraziyə yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. Xəsarət alanlar tibb məntəqələrinə yerləşdiriliblər.
Suriya hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.
Kopyalandı
#Suriya teqi istifadə olunub
- İsrailin Baş naziri Benyamin Netanyahu şərtlərini açıqladı
- Tramp Netanyahunu Ağ Evdə görüşə dəvət etdi
- Suriyada vəziyyət gərginləşir | Polşa Prezidentinə təhdid | Pensiyalar artacaq? | YENİ BİR SƏHƏR
- İsrailin Yaxın Şərq problemi niyə bitmir?
- Hakan Fidandan xəbərdarlıq: Bölgədə yeni gərginlik ocağı yaranır
