Pleyeri seçin:

İran və ABŞ arasında hansı danışıqlar baş verib?

20 iyun 2025 310 baxış

İranın xarici işlər naziri Abbas Əraqçi İsraillə hərbi əməliyyatların başlamasından sonra ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla bir neçə dəfə telefonla danışıb.

Bu barədə “Reuters” adı açıqlanmayan bir neçə diplomata istinadən məlumat yayıb.

Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən diplomatların sözlərinə əsasən, Abbas Əraqçi bildirib ki, İsrail iyunun 13-də başlayan hücumlarını dayandırmasa, Tehran danışıqlara qatılmayacaq.

Onlar həmçinin bildiriblər ki, danışıqlarda İrandan kənarda uranı zənginləşdirəcək regional konsorsium yaratmaq məqsədilə ABŞ-nin mayın sonunda İrana verdiyi təklifin qısa müzakirəsi olub və Tehran bu təklifi indiyədək rədd edib.

ABŞ və İran rəsmiləri “Reuters“in məsələ ilə bağlı sorğusuna cavab verməyiblər.

Məlumatda o da qeyd olunub ki, bu həftəki telefon danışıqları apreldə danışıqlara başlayandan bəri ən əsaslı birbaşa danışıqlar olub.

Tehrana yaxın diplomatlardan birinin sözlərinə görə, Abbas Əraqçi Stiv Uitkoffa deyib ki, Vaşinqton İsrailə müharibəni dayandırmaq üçün təzyiq etsə, Tehran nüvə məsələsində çeviklik göstərə bilər.

Uşaq və yeniyetmələrə qarşı fırıldaqçılığın qarşısı alınacaq

Uşaq və yeniyetmələrə qarşı fırıldaqçılığın qarşısı alınacaq

Dünya
15 aprel 2026 310 baxış
Rusiyanın Cənubi Çin dənizində hərbi təlimləri

Rusiyanın Cənubi Çin dənizində hərbi təlimləri

Dünya
15 aprel 2026 310 baxış
Süni intellekt 80 faiz səhvə yol verir

Süni intellekt 80 faiz səhvə yol verir

Dünya
15 aprel 2026 310 baxış
Mark Zukerberq "Meta" şirkətindəki əməkdaşlarla daim canlı rejimdə əlaqə qura biləcək

Mark Zukerberq "Meta" şirkətindəki əməkdaşlarla daim canlı rejimdə əlaqə qura biləcək

Dünya
15 aprel 2026 310 baxış
İnsan sağlamlığı üçün təhlükəli olan istilik dalğaları güclənir

İnsan sağlamlığı üçün təhlükəli olan istilik dalğaları güclənir

Dünya
15 aprel 2026 310 baxış
Dəniz blokadası davam edir | ABŞ ordusu gəmiləri buraxmır - Baku TV

Dəniz blokadası davam edir | ABŞ ordusu gəmiləri buraxmır - Baku TV

Dünya
15 aprel 2026 310 baxış
Vaşinqton Tehranla razılaşa biləcək? | Cey Di Vensdən diqqətçəkən açıqlama - Baku TV

Vaşinqton Tehranla razılaşa biləcək? | Cey Di Vensdən diqqətçəkən açıqlama - Baku TV

Dünya
15 aprel 2026 310 baxış
Müdafiə və təhlükəsizlik sahəsində yeni mərhələ başlayır - Baku TV

Müdafiə və təhlükəsizlik sahəsində yeni mərhələ başlayır - Baku TV

Dünya
15 aprel 2026 310 baxış
"Hizbullah" tərk-silah olunacaq? | Yaxın Şərqdə son vəziyyət - Baku TV

"Hizbullah" tərk-silah olunacaq? | Yaxın Şərqdə son vəziyyət - Baku TV

Dünya
15 aprel 2026 310 baxış
Volodimir Zelenski Almaniya Kansleri ilə görüşdə nələri müzakirə etdi?

Volodimir Zelenski Almaniya Kansleri ilə görüşdə nələri müzakirə etdi?

Dünya
14 aprel 2026 310 baxış
Seçilmişlər
icon