Pleyeri seçin:
İsrail və Suriya arasında kritik danışıqlar | Netanyahunu məcbur etmək istəyirlər ki...
“The Financial Times” nəşrinin yazdığına görə, İsrail və Suriya ikitərəfli münasibətləri həll etmək üçün bir neçə dəfə təkbətək danışıqlar aparıb.
“Danışıqların məğzi əsasən zorakılığın baş verməsinin qarşısını almaq və İsraili işğal etdiyi Suriyanın sərhədyanı ərazilərindən geri çəkilməyə məcbur etmək olub”, ‒ deyə məlumatda bildirilir.
Son həftələrdə aparılan danışıqlar Suriyanın Quneytra əyalətində baş tutub. Adıçəkilən ərazi isə İsrailin nəzarəti altındadır.
Kopyalandı
