Kobaxidze gizli məlumatları açıqladı | Müharibə anonsunun arxasında nə dayanır?
“Oktyabrda keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, Gürcüstan bir neçə gün ərzində Rusiya ilə hərbi qarşıdurmanın ikinci cəbhəsinə çevriləcək”.
Bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində deyib.
“Əgər siz nəzəri olaraq kollektiv Milli Hərəkatın hakimiyyətə gəlməsini təsəvvür edirsinizsə, məsələn noyabra qədər, seçkilərdən sonra, sizə zəmanət verirəm ki, iki, üç və ya dörd aydan sonra deyil, bir neçə gündən sonra Gürcüstan ikinci cəbhəyə çevriləcək. Məndə olan məlumata əsaslanaraq, buna zəmanət verirəm”, – İ.Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ölkə daxilindəki müxalifət, eləcə də Ukrayna rəhbərliyi Gürcüstanı münaqişə zonasına hərbi personal göndərməyə çağırıb.
#Rusiya teqi istifadə olunub
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
- Aİ Rusiya əleyhinə olan yeni qanun layihəsini təsdiqləyib
- Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama
- Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
